Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə dolların məzənnəsi tarixi rekorda yaxınlaşır

Dünya iqtisadiyyat çalxalanır. Bundan Türkiyə də nəsibini götürüb. Qardaş ölkənin milli valyutası güc itirməkdə davam edir.

Bizimyol.info xəbər verir ki, dollara nisbətdə 7 psixoloji həddini aşan lirə böhran qarşısında duruş gətirə bilmir. Türkiyədə dolların məzənnəsi tarixi rekorda yaxınlaşır. Bu gün ABŞ valyutası 7.19 nöqtəsinə yetişməyi bacarıb. 2018-ci ilin avqustunda məzənnə 7.24-ə çatmışdı. Rahib Brunson qalmaqalı zamanı lirə böyük zərbə almışdı.

Türkiyə Mərkəzi Bankı mümkün qədər Beynəlxalq Valyuta Fondundan kredit götürməməyə çalışır. Hərçənd, vəziyyət bir o qədər yaxşı deyil. Son bir ildə valyuta ehtiyatları 28 faiz azalıb.

Qardaş ölkənin tanınmış iqtisadçısı Murat Sağmanın fikrincə, lirənin güc itirməsinin qarşısını almaq üçün Mərkəzi Bank təcili faiz artımına getməlidir. Başqa bir iqtisadçı Emre Alkin da belə düşünür.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »