Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu, bəşəriyyətin üzərinə gələn növbəti təhlükələrdən biridir”

“Bu, taun və vəbadan sonra bəşəriyyət üçün üçüncü böyük bəladır. COVID-19 əvvəl bir şəhərdə ortaya çıxdı, şəhər sakinlərini yoluxdudu və beləcə Çində yayılmağa başladı. Amma Uhan şəhərindən çıxan zəngin insanlar müxtəlif qitələrə, ilk olaraq Avropaya getdilər. Bu zəngin adamların İtaliya və İspaniyada məskunlaşması əslində virusun bu ölkələrdə sürətlə yayılmasına səbəb oldu. Daha sonra isə virus digər ölkələrə yayıldı”.

Bu fikirləri Teleqraf.com-a professor Qabil Hüseynli deyib.

O, xatırladıb ki, hazırda koronavirusun necə ortaya çıxması haqqında ciddi müzakirələr, araşdırmalar aparılır:

“Açığı, hazırda virusun ortaya çıxmasına dair iki versiya üzərində durulur. Birinci mövqenin tərəfdarları qeyd edirlər ki, bu, heyvandan insana yoluxan viruslardan biridir, təbii yolla əmələ gəlib. Sadəcə epidemiyadan pandemiyaya çevrilməsində Çinin günahı var. Çünki Çin bu virusun təbiəti, ona yoluxma sürəti ilə bağlı zamanında dünya ölkələrini xəbərdar etmədi. Və bu səbəbdən də əksər ölkələr bu virusa hazırlıqsız yaxalandı.

İkinci mövqenin tərəfdarları hesab edirlər ki, bu virus insan əməyinin məhsuludur. Hətta Fransadan olan Nobel mükafatlı alimi deyir ki, virus yarasa təbiətli olsa da, sonradan laboratoriya şəraitində onun molekulyar quruluşu dəyişdirilib, yeni əlavə olunan moleklullar hesabına daha yoluxucu və öldürücü keyfiyyət əldə edilib. Məhz COVID-19 insan müdaxiləsi nəticəsində yaradılıb. Hindistan alimləri də belə iddia edirlər ki, virus insan müdaxiləsi nəticəsində yaranıb və onlar bu virusun daha 8 növünün mövcud olduğunu qeyd edirlər. İndi ABŞ başda olmaqla Qərb ölkələri buna görə Çini ittiham edir”.

Qabil Hüseyni qeyd edib ki, onun qənaətincə, COVID-19 təbii yolla ortaya çıxıb:

“Yəni bu virus da vəba və taun xəstəlikləri kimi yoluxucu viruslardan birinə aiddir. Onun yayılmasında və dünyanı bürüməsində hansısa siyasi qrupun fəaliyyəti ola bilməz. Əgər buna rəvac verilsə və virusun quruluşu dəyişdirilsəydi, bu virus az qala bəşəriyyətin yarsını məhv edərdi. Həm də bu qeyri- humanist addıma indiki insan övladının gedəcəyini təxmin etmirəm. Bu, bəşəriyyətin üzərinə gələn növbəti təhlükələrdən biridir”.

Son xəbərlər
Bütün xəbərlər »