Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirusun ən çox yayıldığı ərazilərin adları açıqlandı

Nazirlər Kabineti yanında operativ qərargahı Mətbuat konfransı keçirir.

Bizimyol.info-nun məlumatına görə, mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sualları cavablandırıb.

“Xüsusilə yoluxmanın artdığı şəhərlər siyahısında Gəncə şəhəri var. Buna görə də Gəncə şəhəri narıncı zonaya daxil edilib. Bu o deməkdir ki, Gəncədə gündəlik aktiv yoluxma hallarının sayı 50-dən yuxarıdır.

Bakıda isə ən çox yoluxma halı Yasamal və Sabunçu rayonlarında qeydə alınıb. Onlar əsasən eyni ailənin üzvləri olub, bir- birlərini yoluxdururlar. Biz bu ocaqları müəyyən edib,nəzarətə ala bilmişik. Yoluxanların yaş qrupu 50-59 yaş həddindədir. Qadınlar daha çox yoluxurlar. Onlar xəstələrin 54 faizini təşkil edirlər”,-deyə Zaur Əliyev qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »