Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda deputat koronavirusa görə özünü təcrid edib

Ermənistan parlamentinin üzvü Nazeli Baqdasaryan koronavirusa görə mayın 5-dən özünü təcrid edib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan parlamenti aparatının əməkdaşı da COVID-19-a yoluxub.

Bildirilib ki, Nazeli Baqdasaryan hakim “Mənim addımım” parlament fraksiyasının üzvüdür.

Məlumata görə, deputat son 6 gün ərzində koronavirusa yoluxanlarla ünsiyyətdə olub.

“Özümü yaxşı hiss edirəm. Hələlik testdən keçməmişəm. Sabah bunu edəcəyəm”, - o bildirib.

Parlamentin sədri Ararat Mirzoyan isə deyib: “Bu gün səhər parlamentdə koronavirusa yoluxmaqda şübhəli bilinən var. Təəssüf ki, zənnim məni aldatmadı”.

Qeyd edək ki, Ermənistan üzrə 2 782 nəfər infeksiyaya yoluxub, 40 pasiyent isə koronavirusdan ölüb.

Son xəbərlər
Bütün xəbərlər »