Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu virus qarşısında dünyanın ən böyük dövlətləri və falçıları acizdir"

Mayın 4-də karantin şərtlərinin yumşaldılması ilə iş yerlrinin bir çoxu açıldı. Bu elə insanlara təhlükə bitdi siqanlını veribmiş kimi heç kim daha virusa yoluxmaq qorxusu yaşamır. Yaşasaydılar ən azından küçəyə maskasız çıxmazdılar.

Anlaşılandır, bahardır, gözəl hava var, bu insanları çölə, bayıra çıxmağa dəvət edir. Lakin təhlükəsizlikq aydaları unudulmamaq şərtilə. Təəssüf ki,bu gün apardığım müşahidələr mənə bunu deməyə əsas verir ki, iş yerlərinin böyük əksəriyyətində karantindən qorunmaq yada düşmür. Düşəs belə insanlar daha yorulub və özlərini taleyin ümidinə buraxıblar. Daxil olduğum gözəllik salonlarında, marketlərdə, geyim dükanlarında hər şey pandemiyadan əvvəlki qaydada idi. Geyinmə otaqlarından istifadə olmaz demişdilər, buna da əməl edilmirdi, hər kəs rahatlıqla geyinmə otaqlarına girib- çıxır, üstəlik nə bir dezinfeksiya məhlulu var, nə də istifadə edən. Gözəllik alonlarında da həmçinin.hamı bir həftə sonra tamamilə karantin bitəcək xülyasındadır.

Mayın 11-dən sonra karantinin yumşaldılması bu həftə ərzində qeydə alınacaq koronavirusa yoluxma hallarının statistikasından asılıdır. Bunu Bizimyol.info-ya Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

İbrahim Məmmədov İbrahim Məmmədov

O bildirib ki, bəzi məsələlərlə bağlı müzakirələr aparılır. Həftəsonunda qərar verilə bilər. Amma dinamikanın artması bu məsələyə təsir edir. 65 yaşdan yuxarı şəxslərlə bağlı yumşaldıcı qərar da dinamikadan asılı olacaq.Tanınmış həkim Vasif İsmayıl isə insanların karantindən yorulduğunu anlasa da tədbirlərin əldən buraxılmamasının vacibliyini qeyd edir.

“Bu virus hamını öldürmür, çox zəif mikrobdur. Amma hamıya yoluxur. Bu gün öldürücülük dərəcəsi 1-6 % arasında dəyişir. Rəqəmlər kiçik görünə bilər, amma biz çoxuq. Bu gün Azərbaycan üçün 1 % ölüm haradasa 100 min insanı itirmək deməkdir.

Anlayıram, hamınız bezmisiniz, amma bu mikrob qarşısında dünyanın ən böyük dövlətləri, alimləri, sehrbazları və falçıları acizdir. Bu virus bir təbii fəlakət kimi, dünya tarixində dəfələrlə olduğu kimi, indi də öz qaydaları ilə oynayacaq və öz qaydaları ilə də gedəcək.

Bu gün cəmiyyətdə 3 qrup insan var? Heç vaxt koronovirusa yoluxmamış, hazırda koronovirusa yoluxmuş və koronavirusa yoluxaraq sağalmış. Virus daşıyan insan hər yerdə var. Virus daşıyan bir insan həyat normal davam edərsə, 14 günə virusu 1 000 adama daha yoluxduracaq. Bunlardan da 10 nəfəri öləcək, o da şərtlər ideal olarsa. Bu gün dünyada bu virus səbəbilə itirilmiş 300 min insan bu qədər qısa müddətə xəstələnməsəydi, biz onların əksəriyyətini sağalda bilərdik. İtirilən insanların əksəriyyəti yaşlılıqdan, xroniki xəstəlikdən deyil, adi aparat çatışmazlığından öldü.

Dünyada heç bir ölkənin səhiyyə potensialı bu qədər xəstəni eyni anda qəbul etməyə hazır deyil.İndi edəcəyimiz tək bir şey var.Operativ qərargahın dediklərinə əməl edək. Sevməsək də, etiraz etsək də, əməl edək”,- deyə həkim qeyd edib.

Koronavirus bir oyundurmu, yalandırmı, gerçəkdirmi? Artıq aylardır dünya əhalisi bunun üzərində düşünür. Yalandırsa nə gözəl bizə. Bəs gerçəkdirsə necə? Gözlə görünməyən bu düşmənə qarşı fərdi olaraq hücum gücümüz yoxdur, əlimizdən gələn şey özümüzü və əzizlərimizi qorumaqdır. Əks halda ya onları itirəcək, ya da bir neçə il bu həyatı qəfəsdə yaşamalı olacağıq.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »