Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nuran Abdullayev: “Yeni nəticələr pandemiyanın dünyada mənzərəsini dəyişəcək”

Artıq Fransada COVID-19-a ilk yoluxmanın rəsmi qeyd edildiyi kimi yanvar ayında deyil, dekabrda olması fikri öz təsdiqini tapmaq üzrədir. Belə ki, 2019-cu ilin dekabr ayının sonunda xəstəxanaya müraciət edən xəstədə 2020-ci ilin may ayındakı təkrar yoxlamadan sonra koronavirusa yoluxması məhz dekabr ayında olmasına dair nəticələr əldə olunub. Lakin nəticənin səhvən pozitiv olması da istisna edilmədiyindən yenidən müvafiq müayinələr aparılacaq.

Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri bütün dünya ölkələrinə səslənərək bildirdilər ki, COVID-19-un rəsmi qeyd olunduğu ilk gündən öncəki aylar üçün şübhəli xəstələr indi yenidən yoxlanıb qiymətləndirilməlidir. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”a açıqlamasında deyib ki, yeni nəticələr pandemiyanın dünyada mənzərəsini dəyişəcək:

“Mən də Azərbaycanla bağlı bu fikrə bir ay əvvəl apardığım araşdırma nəticəsində gəlmişdim və bunu mətbuatda, o cümlədən “Report” İnformasiya Agentliyi və “İctimai” televiziyaya müsahibəmdə də bildirmişdim. İndi də o qənaətdəyəm ki, bu məsələ Azərbaycan üçün həddindən çox önəmlidir. Ona görə də böyük tibbi xərclər olmadan həmin şübhəli xəstələrin yenidən yoxlanması istiqamətində tədbirlərin görülməsi vacibdir və bu istiqamətdə hər bir Azərbaycan həkimi, eləcə də mən əlimizdən gələn elmi və praktiki köməkliyi etməliyik. Bununla, Azərbaycan pandemiyanın hansı mərhələsində olduğunu dəqiq bilib ona uyğun olaraq virusa qarşı atılan tədbirlərində də dəyişikliklər edə bilər ki, bu, əhalinin sosial rifahının yaxşılaşmasına da səbəb olar”.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »