Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Beynəlxalq xəritədə Azərbaycan dövlətinin mövqeyi daha da güclənir” - Deputat

“Azərbaycan təkcə milli səviyyədə yox, eyni zamanda, regional və qlobal miqyasda da COVID-19-la mübarizədə səmərəli tədbirlər görür”.

Bu barədə Bizimyol.info-ya Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin Zirvə görüşündəki giriş nitqi ilə bağlı Milli Məclisin deputatı Şahin Seyidzadə fikirlərini bölüşərkən bildirib.

Şahin Seyidzadə Şahin Seyidzadə

Deputat bildirib ki, 120 dövlətin təmsil olunduğunu Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü həm siyasi əhəmiyyəti və beynəlxalq xəritədə xüsusi nüfuzu göstərən bir konfrans oldu: “Bunu bir neçə vacib tezislərlə xüsusi olaraq qeyd etmək istərdim.

Birincisi, Prezident İlham Əliyev bildirdi ki, BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk. Bu qiymətləndirmə və rəyin məhz Azərbaycan Respublikası Prezidenti tərəfindən səsləndirilməsi ölkə olaraq mövqemizin xüsusi əhəmiyyətə və nüfuza malik olmasını göstərir.

İkincisi, Azərbaycan tərəfindən ölkəmizin Qoşulmama Hərakatına sədrliyi və pandemiya dövrlərinin üst-üstə düşməsi məqamının yaxşı mənada düzgün istifadə edilməsini qeyd etmək lazımdır.

Azərbaycan Prezidenti bildirdi: “Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik”.

BMT-nin Baş Assambleyası səviyyəsində ölkə başçımız tərəfindən bu əhəmiyyətli təşəbbüsün təqdimi və eyni zamanda Qoşulmama Hərəkatının üzvləri olan ölkələr tərəfindən bu təklifə dəstəyin olması ilə birgə, videokonfransın yekun sənədinə bu məsələnin daxil edilməsi, Azərbaycanın Qoşulmama Hərakatına sədrlik etdiyi dövrün qlobal səviyyədə praktiki faydasını göstərməklə yanaşı, gələcəkdə təklif olunan təşəbbüsün istər Qoşulmama Hərəkatı, istərsə də BMT səviyyəsində müxtəlif yekun sənədlərdə yer almasına əsas yaradır. Yəni ölkə başçısı tərəfindən edilən bu təşəbbüs beynəlxalq arenada ölkəmizin nüfuzunu daha da yüksəlməsinə zəmin yaradır.

Üçüncüsü, 120 ölkəni birləşdirən platformada Azərbaycan dövlətinin qlobal pandemiya ilə mübarizədə yeri və rolu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus fikirlərinə diqqətinizi çəkmək istəyirəm.

O, dedi: “Fürsətdən istifadə edərək Azərbaycan xalqına, Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək Zati-alinizə təşəkkürümü bildirirəm ki, Siz təşkilatımıza əlavə olaraq 5 milyon ABŞ dolları həcmində yardım göstərmisiniz...”

Təsəvvür edin ki, 120 ölkəni birləşdirən platformada bu fikirlərin səsləndirilməsi Azərbaycanın yüksək nüfuzunu və koronavirusla mübarizdə beynəlxalq səviyyədə dəstəyini bildirir.

Dördüncü, pandemiya ilə mübarizədə dövlətin rəhbərlik və idarəetmənin xüsusi rolu və əhəmiyyəti BMT-nin Baş katibinin nitqini xatırlayaq.

O, dedi ki: “Koronavirusla mübarizədə və post-pandemiya dövrlərində qaçınılmaz cəmiyyətin və iqtisadiyyatın sarsılmasından yalnız ölkələrin cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərliyinin qərarları yan keçmək mümkündür...”

BMT-nin Baş katibi cənab Antonio Quterreşin çıxışında dövlət rəhbərlərin cari krizis menecmentində əsas səriştələri dəqiq təqdim olunub. Bütün bunlar ölkə başçımızın atdığı addımları bir-başa olaraq əks etdirir. Pandemiya dövründə istər koronavirusun yayılması ilə mübarizə istiqamətində, istərsə də aparılan islahatların davamı olaraq verilmiş cəsarətli qərar, stabillik indeksinin “sıfr” səviyyəsində olduğu bir dövrdə bugünə yox, gələcəyə yönəlmiş uzaqgörən baxışlar və son həftələrdə bir sıra, xüsusi ilə də sözügedən bu videokonfransla nümayiş olunan əməkdaşlığa yönələn addımlar tam olaraq Cənab Prezidentin krizis menecmentində aparilan siyasətini dolğun əks etdirir.”

Deputat Şahin Seyidzadə vurğulayıb ki, Azərbaycan təkcə milli səviyyədə yox, eyni zamanda, regional və qlobal miqyasda da COVID-19-la mübarizədə səmərəli tədbirlər görür: “Bu tədbirlər sözsüz ki, xarici dövlətlərlə birgə alınan qərarlar əsasında koronavirusla mübarizədə görülən işlərlə bağlı sıx əməkdaşlığın və möhkəm həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfələr verir və beynəlxalq xəritədə Azərbaycan dövlətin mövqesini daha möhkəm gücləndirir”.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »