Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkumlar yeni cinayətlərini etiraf ediblər

İmişlidə silsilə oğurluq edən şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in  mətbuat xidmətindən verilən məlumata görə, bir qrup İmişli rayon sakini cari ilin fevral ayında Rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus evlərdən və avtomobildən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Samit Bəyalıyev və Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Sakit Cəfərov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər rayon ərazisində yerləşən 2 evdən və 1 avtomobildən qızıl zinət əşyaları və nəğd pul oğurlamaqla vətəndaşlara ümumilikdə 8000 manatdan çox ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »