Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tutulan icra başçılarının arxasında kimlər dayanırdı... - Açıqlama

“Azərbaycanda elə bir zay idarəetmə sistemi qurulub ki, bir JEK müdirini tutanda ölkənin yarısı silkələnir. İndi təsəvvür edin, icra başçısının həbsindən sonra nələr baş verir?! Onların hər birinin balaları ən azından hüquq-mühafizə orqanlarında yüksək vəzifə tuturlar. Hələ bunların vəzifələrdə qardaş-bacıları, qohum-əqrəbaları, qudaları da var. İndi təsəvvür edin ki, bir icra başçısının tutulması, nə deməkdir”.

Bizimyol.info xəbər verir ki, bu fikirəri hüquqşünas Aslan İsmayılov səsləndirib. Aslan İsmayılov İcra başçılarının arxasında dayanan “boz kardinallar” barəsində də danışıb.

Aslan İsmayılov Aslan İsmayılov

“İllərdir Ramiz Mehdiyev – Əli Həsənov cütlüyündən boş yerə danışmırdım. Ramiz Mehdiyev bu günkü idarəetmənin arxitektoru- Xaç Atasıdır! Onun nə üçün bu səlahiyyətlər sahibi olmasını da çoxları bilir. Bu gün həbs edilən icra başçıları yerlərdə bütün qanunsuzluqları təkbaşına etməyiblər. Bu işlərdə onların ən yaxın köməkçiləri - yerlərdə olan prokurorlar, məhkəmə sədrləri, hakimlər və polis rəisləri olublar. Bunları hamısı icra başçıları ilə bir yerdə məsuliyyət daşımalıdırlar. Bilirəm ki, bu çox çətindir. Ancaq baş verənlərin təsadüfi olmadığını, görülən tədbirlərin sistemli olmasını məni kimilərə sübut etmək üçün bu addımlar atılmalıdır. Əminəm ki, nə qədər çətin olsa da xalq bu addımları atanların arxasında duracaq. Xalqa söykənən hakimiyyəti isə heç kim yıxa bilməz!”,- deyə hüquqşünas bildirib.

İlhamə

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »