Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada normallaşan həyat: Bərbərxanalarda müştəri əlindən yer yoxdur - Video

Avropada həyat normallaşmaq üzrədir. Daha çox bərbərxanalara axın var.

Bizimyol.info xəbər verir ki, 7 həftədir ciddi karantin rejimi yaşayan italyanlar azadlığın dadını çıxarmağa başlayıb. İndi idmanla məşğul olmaq, qohumları ziyarət etmək mümkündür. Uzun müddət sonra nəvəsini görən Domenika Di Massa “Deutsche Welle”nin müxbirinə deyir ki, çox çarəsiz vəziyyətə düşmüşdülər: “Sözlə ifadə etmək mümkün deyil. Nəvəmi yalnız görüntülü söhbətlərdə görə bilirdim”.

İndi İtaliyanın başqa şəhərlərinə rahatca getmək mümkündür. Amma yeni həyat şərtləri də öz yerində. Daha diqqətli olmağa ehtiyac var. Roma sakini Lorella Marano deyir ki, bir daha karantinə qayıtmaq istəməzdi. Buna görə də hamı diqqətli olmalıdır.

Cüzeppe Vitiello çox nikbin deyil. Milan sakininin fikrincə, çox şey dəyişməyib: “Vəziyyətin çox yaxşı olduğunu deməzdim”.

Almaniyada bərbərxanaların qapıları müştərilərin üzünə açılıb. 6 həftə sonra kişilər saçını qaydaya salmaq imkanı qazanıb. Berlin sakinlərindən biri deyir ki, keçən ay saçını özü düzəltməli olub, çox da yaxşı görünmədiyini düşünür. Başqa bir müştəri başında tükün çoxluğunu göstərir. Deyir ki, keçən ilin noyabrından bəri bərbərxanada olmayıb.

“Deutsche Welle”yə danışan bərbərlər mayın sonuna qədər gərgin işləyəcəklərini, təsadüfi müştəriləri qəbul edə bilməyəcəklərini söyləyib. Onlardan biri jurnalistə deyib ki, həyatı boyu 6 həftə dincəldiyi yadına gəlmir: “Amma nə qədər insanın işini itirməsini nəzərə alanda şikayətlənmək istəməzdim”.

Müştərilərdən biri bərbərxanadan çıxanda deyir ki, Yer üzündəki xoşbəxtlik bu imiş.

Vyana sakini Tomas Reyzel həyatın normallaşmasına sevinir. Saç ustası Klaudiya Ramm bildirir ki, heç kofe içməyə də vaxt yoxdur.

Kafe sahibi Kristl Sedlar müştərilərin yolunu səbirsizliklə gözləyir. Mayın ortalarından kafelər və muzeylər fəaliyyətini bərpa edəcək. Ayın sonunda otellər də işə düşəcək.

Son xəbərlər
Bütün xəbərlər »