Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Parisi görmək istəyənlərin nəzərinə: Əvvəlcə karantin, sonra Eyfel

Koronavirus turizm sektoruna böyük zərbə vurub. Aviaşirkətlər müflis olur, otellər qapısına qıfıl vurub. Karantin rejimlərinin yumşaldılmasından sonra da asan olmayacaq.

Bizimyol.info xəbər verir ki, Fransa turizm məsələsinə çox ehtiyatla yanaşır. Yayda turistlərə səyahət üçün hansı şərait yaradılacağı məlum deyil. Hökumət qəti söz deyə bilmir. Təkcə Fransa Səhiyyə Nazirliyi bildirib ki, qarşıdakı aylarda Parisi görmək istəyənlər əvvəlcə 14 gün karantində qalmalıdır.

Ümumiyyətlə, iyulun 24-ə qədər turistlərin Fransa haqda xəyallar qurması məsləhət deyil. Şengen zonasına daxil olan ölkələr yekdil qərara gəlməlidir. Vəziyyətin ən yaxşı halda payızda sabitləşəcəyi gözlənilir.

Fransa dünyada virusa yoluxma və ölüm sayına görə beşinci yeri tutur. İndiyə qədər 169 mindən çox fransızda infeksiya aşkarlanıb. Pasiyentlərin 25.2 mini həyatını itirib.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »