Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hakimiyyətində səs-küylü istefalar gözlənilir

Ermənistan hökuməti və millət vəkilləri arasında mümkün istefalarla bağlı gərginlik artır.

Bu barədə ölkənin “Joxovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, "Mənim addımım" parlament fraksiyasının mayın 2-də keçirilən iclasında baş nazir Nikol Paşinyan gələn şikayətlərdən bezdiyini və problemlərin komandanın özündə axtarılmalı olduğunu bildirib.

Baş nazir komandasını bir-birilərinə qarşı kompromat toplayıb ona ötürməyə deyil, hər kəsi oyanmağa, birlikdə işləməyə çağırıb.

Məlumata görə, fraksiyada gərginlik bəzi deputatları (o cümlədən Vardan Atabekyan, Anna Karapetyan) mandatlarını təhvil verməyə razı salmaq üçün hər cür cəhd göstərmələri ilə əlaqədardır.

Qeyd edilib ki, yaxın gələcəkdə istefalar və yeni təyinatların mümkün olduğu Ermənistan hökumətində gərgin ab-hava hökm sürür.(virtualaz.org)

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »