Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa qarşı Mübarizə Fondunun vəsaitlərinin xərclənməsi prosesi başlayır

Nazirlər Kabineti yanında operativ qərargahı mətbuat konfransı keçirir.

Bizimyol.info-nun məlumatına görə, brifinqdə Koronavirusla Mübarizəyə dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvləri – deputat Ziyad Səmədzadə və Fərhad Bədəlbəyli, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva iştirak edir.

Konfransda Koronavirusla Mübarizə Fonduna daxil olunmuş vəsaitin hara və necə sərf olunacağı barədə suallara cavablar səsləndirilib. Ziyad Səmədzadə qeyd edib ki, ola bilər fondun hesabına yeni bir müəssisə yaradılsın. Bu müəssisə məhz pandemiya dövrü üçün lazım olan bir sahəni əhatə edə bilər.Gələcəkdə bu tipli probelmlərin qarşısının alınması üçün tədbir almaq ən önəmli məsələdir.

Fərhad Bədəlbəyli isə qeyd edib ki, ola bilər fondun vəsaitləri əsgər və həkimlərin ailələrinə sosial dəstək paketi ayırsın. Lakin növbəti iclas üçün konkret təkliflər hazırlanıb, müzakirə edildikdən sonra konkret qərar qəbul edilsin.

Yaqut Qarayeva qeyd edib ki, pandemiya dövründə lazım olan bütün avadanlıq və preparatlar dövlət vəsaitinə sifariş edilərək ölkəyə gətirilib. Bundan sonra əldə olan imkanları daha da yaxşılaşdırmaq üçün təklif olaraq fonda müraciət edəcəyik.

İlhamə

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »