Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Azərbaycan prezidentinin çağırışının BMT səviyyəsində baş tutmasına çalışmalıyıq”

"Azərbaycan prezidentinin panmdemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində BMT-nin Baş Assambleyasının videokonfrans vasitəsilə xüsusi toplantısının çağırılması ilə bağlı təşəbbüsü təbliğ və təşviq olunmalıdır. Bununla bağlı geniş və açıq informasiya mübadiləsi həyata keçirilməlidir”.

Bu barədə Bizimyol.info-ya Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin Zirvə görüşündəki giriş nitqi ilə bağlı Milli Məclisin deputatı Ramil Həsən fikirlərini bölüşərkən bildirib.

Ramil Həsən - Deputat Ramil Həsən

Deputat bildirib ki, məlum olduğu kimi, Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri, Prezident cənab İlham Əliyevin bilavasitə tarixi çağırışı və təşəbbüsü ilə mayın 4-də dünyanın 120-dən çox ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirilib: “Dünyada Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının Zirvə görüşündə BMT-nin baş katibi, Afrika qitəsindən 47-dən çox ölkənin dövlət və hökumət rəhbərləri, Dünya Səhiyyə Təşkilatının prezidenti, Avropa İttifaqının xüsusi səlahiyyətli nümayəndəsi kimi dünyada söz və nüfuz sahibi olan liderlər iştirak ediblər.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv olmasına baxmayaraq, qısa müddətdə aparmış olduğu xarici siyasətdəki effektiv addımlar nəticəsində bu beynəlxalq təşkilata 2019-2022-ci illərdə rəhbərlik kimi tarixi missiyanı üzərinə götürmüşdür”.

Ramil Həsən qeyd edib ki, dünya qlobal pandemiyaya qarşı mübarizə çərçivəsində birləşmək üçün müxtəlif yollar axtarmaqdadır: “Bu gün xəstəliyə yoluxanların sayı dünya miqyasında 3 milyon yarımı keçib. Təəssüf ki bu günə qədər qabaqlayıcı tədbirlər görülsə də, ölümlərin sayınının tamamən qarşısını almaq mümkün deyildi. Bu məqamda tarixi təşəbbüsün memarı olaraq ortaya çıxmaq və dünya beynəlxalq münasibətlər sistemində idarə edilən deyil, xüsusilə vurğulamaq istəyirəm idarə edənlər kimi nüfuzlu liderlər silsiləsinə daxil olmaq Azərbaycan dövlətinin başçısı, cənab İlham Əliyevin nə qədər proqmatik və sürətli düşünmə mexanizmasına sahib olan, qüvvətli və konkret təklif və təşəbbüslərlə qlobal problem çərçivəsində idarəetmədə mükəmməl söz sahibi olduğu bir daha bariz nümunə olaraq ortaya çıxmışdı.

Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan prezidentinin düşünülmüş, konkret, öz ölkəsinin vətəndaşlarının sağlamlığını əldə əsas tutan addımlar atan qərarlar qəbul etməsi, bu mexanizmaya sahib olan hökumət və onun qurumlarının aktiv fəaliyyətinə dəstək verib təşviq etməsi, yönləndirməsi və mərhələli plan çərçivəsində təcrid mexanizmasının tətbiqi və insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunması ilə bağlı konkret qərarların atılması, Azərbaycan prezidentini və onun atmış olduğu addımların Dünya Səhiyyə Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, BMT, BMT-nin Baş Assambleyası, Avropa Birliyi və Qoşulmama Hərəkatı kimi dünyanın öndə gələn, nüfuzlu beynəlxalq təşkilatların və onların rəhbərləri tərəfindən təqdir olunmuş və ən yüksək səviyyədə dəyərləndirilmişdir.

Dünya Səhiyyə Təşkilatına pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı fəaliyyətinə ilk mərhələdə 5 milyon dollar, daha sonrakı mərhələdə daha 5 milyon dollar məbləğində könüllü ianə ilə dəstək verilməsi, eyni zamanda bu qlobal problem dövründə insanların öz həyatını itirmək təhklükəsilə üz-üzə qaldığı dövrdə dövlətlərin sərhədlərini bağlayıb, əlaqələrini bütün səviyyədə kəsmək üçün cəhdlər axtardığı zamanda Azərbaycan Prezidentinin sürətlə dəyişən və yüksələn yeniliklərə doğru konkret addımlar atması və sərhədlərin bağlanmasına baxmayaraq, bütün müvafiq innovativ imkanlardan və müasir informasiya texnologiyalarından istifadə edərək dünya tarixində ilk dəfə telekonfrans yolu ilə dövlət başçılarının sammitinin yüksək səviyyədə keçirilməsinə nail olması, onun tarix qarşısında unikal qabiliyyətini və yenilməz idarəçilik mexanizmasına sahib olmasını ortaya çıxarmışdır.

BMT-nin baş katibinin pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı atdığı addımlara görə Azərbaycan prezidentinə təşəkkür etməsi və fikirlərini ifadə edərkən böhranın milli iqtisadiyyatın çökməsinin qarşısının alınmasında, təşviş içində olan insanların normal həyata qaytarılmasında, eyni zamanda mərhələli həll yolları ilə tədricən bu təcrid prosesinin içərsindən çıxarılması, makro və mikro iqtisadi göstəricilərin yüksəlməsi istiqamətində Azərbaycan hökumətinin atmış olduğu addımlar və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafəsinin təmin olunması, insanların minimal zərərlə və ölümlərlə bu pandemiyaya qarşı mübarizə tərdbirləri çərçivəsindəki planlardan istifadə edərək yararlanması kimi ölkə rəhbərliyinin bilavasitə rəhbərliyi ilə atılan, düşünülmüş, tələblərə sürətlə cavab verən addımlar Birləşmiş Millətlər Təşkilatının baş katibi tərəfindən də yüksək dəyərləndirilmişdir”.

Deputat Ramil Həsən bildirib ki, Azərbaycan parlamenti də Prezident İlham Əliyyevin tarixi və dünyəvi çağırışlarına mütləq səs verməli, sahib çıxmalı və həmrəylik nümayiş etdirərək parlamet diplomatiyasından aktiv istifadə edərək regional və beynəlxalq səviyyədəki parlament təşkilatları vasitəsilə Azərbaycan prezidentinin bu çağırışlarını, onun atdığı tarixi addımları geniş, açıq və aydın şəkildə təbliğ etməlidir: “Milli Məclisin toplantısında sədr Sahibə Qafarovanın da Azərbaycan prezidentinin fikirlərinə dəstək olaraq prezidentimizin hər bir addımına həmrəylik nümayiş etdirməliyik fikri bu qəbildən atılmış nümunəvi addımdır. Biz millət vəkilləri olaraq cənab Prezidentin çağırışlarına səs verməliyik. Düşünürəm və əminəm ki, bu çağırışların effektiv və konkret nəticələr verməsi, təbliğat və doğru-düzgün təşviq olunması üçün parlament diplomatiyasından maksimum şəkildə istifadə etməliyik.

Azərbaycan parlamentinin dünyanın 82 ölkəsinin parlamenti ilə dostluq qrupları, işçi qrupları fəaliyyət göstərməkdədir. Eyni zamanda, Milli Məclisin regional və beynəlxalq parlament təşkilatlarında Azərbaycanın nümayəndə heyətləri formalaşdırılıb və onlar fəaliyyətə başlayıblar. Bəli, hazırda birbaşa ünsiyyət mexanizması mümkün olmasına baxmayaraq, videokonfrans və onlayn əlaqə bu gün yüksək səviyyədə davam etməkdədir.

Mən təklif edərdim ki, Milli Məclis bu prosesdə aktiv şəkildə iştirak etsin. Azərbaycan prezidentinin tarixi təşəbbüskar olduğu Qoşulmama Hərəkatının dünən keçirilən Zirvə toplantısında bildirdi ki, bu beynəlxalq təşkilatın üzvlərinin etirazı olmadığı halda fəaliyyətdə olan sədr kimi BMT-nin qlobal pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Baş Assambleyasının videokonfrans yolu ilə toplantısının keçirilməsinin ən gözəl bir addım ola biləcəyini vurğulamışdı. Tarixi zərurətdən yaranan bu çağırış BMT-nin Baş Assambleyasının xüsusi toplantısının çağrılması ilə bağlı təşəbbüsün nə qədər vacib və əhəmiyyətli olduğunu ortaya qoymuşdur.

Milli Məclisin hörmətli rəhbərliyi məqsədəuyğun hesab edəcəyi təqdirdə Azərbaycan parlamentinin 82 ölkə ilə mövcud olan parlamentlərarası dostluq qrupları vasitəsilə həmin ölkələrin parlamentlərinə bir məktubla müraciətlər ünvanlanmalı və Azərbaycan prezidentinin panmdemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində BMT-nin Baş Assambleyasının xüsusi toplantısının çağırılması ilə bağlı təşəbbüsü təbliğ və təşviq olunmalıdır. Bununla bağlı geniş və açıq informasiya mübadiləsi həyata keçirilməlidir.

Bildiyimiz kimi parlamentlər dövlətlərin idarə edilməsi mexanizmində çox böyük rol oynayır və qəbul edilmiş bütün deklorasiyalar, beynəlxalq təşkilatlar tərəfindən edilən bütün çağırışlar nəticə etibarı ilə parlamentlərə gəlib, orada ratifikasiyadan keçib qanuni şəkilini alaraq həyata keçirilir. Bu baxımdan biz əvvəlcədən buna zəmin hazırlayıb, Azərbaycan prezidentinin çağırışının BMT səviyyəsində baş tutmasına çalışmaqla bərabər, buna yerli və parlamentlər səviyyəsində indidən addımlar atmalıyıq. Eyni zamanda, biz beynəlxalq parlamentlərdə təmsil olunan Azərbaycan nümayəndəliyinin imkanlarından istifadə etməliyik”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »