Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı: "Qarabağ" ermənilərə qarşı döyüşən ordudur

"Çox sevinirəm ki, "Qarabağ" Ağdamın komandasıdır. Mənfur düşmənlərimizin ölkəmiz üzərinə hücuma keçdiyi bir vaxtda bu adı "Qarabağ"ın daşıması bizim üçün önəmlidir".

"Report"un məlumatına görə, bu fikirləri Ağdamın Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov "Qarabağ"ın bölgəyə səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Qurban Qurbanov Qurban Qurbanov

V.Həsənov bu komandanın qatı azarkeşi olduğunu söyləyib: "Hesab edirəm ki, "Qarabağ" futbol komandası ermənilərə qarşı döyüşən ordudur. Azərbaycanın dünyada tanınmasında, Qarabağ həqiqətlərinin insanlara çatdırılmasında bu klubun əvəzsiz xidmətləri var".

İcra başçısı görülən işlərə görə "Qarabağ" klubunun rəhbərliyinə təşəkkür edib: "Bütün xərclərin qarşılanması üçün əlindən gələni edən Tahir Gözələ, Abdulbari Goozala minnətdarlığımı bildirirəm. Onlar komandaya ciddi dəstək verir, dövlətimizin tapşırıqlarını yerinə yetirirlər. Cənab Prezidentin "Hər bir insan "Qarabağ" Futbol Klubuna kömək etməlidir" devizinə layiqli dəstək göstərirlər. "Qarabağ" da ölkəmizi çox gözəl təmsil edir".

V.Həsənov ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında tezliklə Azərbaycan bayrağının Ağdamda, Şuşada dalğalanacağına inandığını ifadə edib: "Onda da "Qarabağ" klubu öz sözünü deyəcək və ən layiqli yerlərdən birini tutacaq. Bu gün uzaqda deyil".

Qeyd edək ki, ötən həftə Ağdama səfər edən "Qarabağ" 1 500 ailəyə ərzaq yardımı edib.

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Tramp: Mən Azərbaycan və Ermənistan arasında sülhə nail olacam
Son xəbərlər
Bütün xəbərlər »