Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat kreditlərin ödənilməsində vətəndaşlarla banklar arasında yaranmış problemdən çıxış yolu təklif edib

“İstehlak kreditlərinin ödənilməsində vətəndaşlarla banklar arasında problemlər yaranıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib.

O bildirib ki, koronavirusla bağlı dünyada olan təcrübəni öyrənib ölkəmizdə tətbiq etmək olar: “Azərbaycanda əksəriyyətin tez bir anda milyarder olmaq meyli var. Dünyada isə qoyulan sərmayələr 5-10 ildən sonra geri qayıdır. Təklif edirəm ki, əhalinin banklara borcunu indiki həssas dövrdə dövlət ödəsin, 4-5 aydan sonra isə vətəndaşlar banklara olan borcunu ödəyəndə banklar da dövlətin borcunu qaytarsın”.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »