Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zirvə görüşü Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı əməkdaşlığı daha da dərinləşdirəcək-Deputat

Xəbər verdiyimiz kimi Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.

Bizimyol.info xəbər portalı Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin Zirvə görüşündəki giriş nitqi ilə bağlı Milli Məclisin deputatı Anar Məmmədovun fikirlərini öyrənib.

Deputat vurğulayıb ki, təmsil olunduğu bütün beynəlxalq qurumlarda bəşəri dəyərlərin tərəfində duran, beynəlxalq hüquq normalarına ardıcıl əməl edən ölkəmiz əlahiddəliyin fövqündə durması ilə daim diqqət mərkəzindədir: “Dünən Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.

Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Yalnız elə bu faktın özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə mühüm çoxtərəfli platforma olmasını göstərir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir”.

Deputat Anar Məmmədov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddətində təşkilatın prinsiplərinə sadiq qalaraq, qurumun beynəlxalq münasibətlər sistemində rolunun daha da artması, o cümlədən Azərbaycanla üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi, milli maraqlarının təmin olunması istiqamətində ciddi addımlar atır: “Təbii ki ölkəmizin BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrlik etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri də bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub”.

Anar Məmmədov qeyd edib ki, bu Zirvə görüşündə də cənab İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğuladı ki, pandemiya dövründə əsas məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir: “Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izoliyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca diqqətli yanaşmasının, zamanında operativ və təxirəsalınmaz addımlar atmasının göstəriciləri kimi tarixə düşdü”.

Deputat Anar Məmmədov vurğulayıb ki, dövlət başçısı pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən də danışaraq, bu məqsədlə müstəqillik tariximizin ən böyük maliyyə tutumlu sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu diqqətə çatdırdı: “Cənab İlham Əliyev Azərbaycanın koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazır olduğunu bəyan etdi. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qoşulmama Hərəkatında növbəti dəfə ciddi uğurlara imza atdı”.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Son xəbərlər
Bütün xəbərlər »