Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlar arasında qalmaqal: “İcra başçısının adından danışır”

Milli Məclisin iclasında deputatlar Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında mübahisə düşüb.

Oxu.az-ın məlumatına görə, M.Qasımlı çıxışında Yardımlıda əhaliyə paylanılan yardımlardan danışarkən deyib ki, heç kim dövlət orqanlarının fəaliyyətinə kölgə sala bilməz:

“Yardımların paylanılmasının çox şəffaf şəkildə həyata keçirildiyi rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”, - deyə M.Qasımlı S.Rüstəmxanlıya replika atıb.

Bu isə deputat S.Rüstəmxanlının etirazına səbəb olub. O bildirib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq paylanılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib.

“Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”, - deyə o, əlavə edib.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »