Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir icra başçısı saxlanılıb

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasında xüsusi əməliyyat keçirirlər.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, İmişli RİH-in başçısı Vilyam Hacıyev saxlanılıb.

Vilyam Hacıyev

İmişlinin icra hakimiyyətinin başçısı Vilyam Hacıyev 1957-ci ildə indiki Göygöl rayonunda anadan olub, əslən Ermənistandandır, Rusiyada, daha sonra Azərbaycanda mülki aviasiya təhsili alıb. 2004-cü ildən Göygölün icra hakimiyyəti başçısı təyin olunub, 2006-2012-ci illərdə Samuxa rəhbərlik edib. 2012-ci ildən bəri isə İmişlinin icra hakimiyyətinin rəhbəri idi.

Vilyam Hacıyev “Müasir Müsavat” partiyasının rəhbəri Hafiz Hacıyevin də qohumudur, amma onların münasibətlərinin yaxşı olmadığı bəllidir.

Son xəbərlər
Bütün xəbərlər »