Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda silah-sursatla gəzən şəxs saxlanılıb

Bakıda avtomobilində və üzərində çoxlu sayda silah-sursat gəzdirən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarəyə Rəşad adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəşad Qasımov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Licenced Trodemarkof NEW” markalı tapança, 6 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “TOZ 8” markalı ov tüfəngi, 1 ədəd “İJ-53” markalı pnevmatik tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ B” markalı ov tüfəngi, 1 ədəd “Gamo” markalı pnevmatik tüfəng, 14 ədəd patron və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Faktla bağlı Rəşad Qasımov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »