Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda tikilən qeyri-adi yol keçidi narazılığa səbəb oldu - Fotolar

Bakı şəhərinin Xətai rayonu ərazisində Ukrayna dairəsi və Heydər Əliyev parkının tam yanında bir piyada keçidi tikilməkdədir.

Tikinti müddətində böyük Çin səddini, tikildikdən sonra isə yadplanetlilərin naməlum uçan obyektlərini xatırladan bu keçid elə ilk gündən sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Buna səbəb keçidin həddən artıq böyük, pilləkənlərinin də həddən artıq çox olmasıdır.

keçid

O qədər çox ki, ora nəinki əlillər və yaşlı insanlar, hətta sağlam insanlar belə çıxıb hərəkət etməkdə çətinlik çəkər. Uzun müddət insanlardan narazılıq eşidən tikinti sahibləri indi də bu narazılığı aradan qaldırmaq üçün keçidin yanına bir də lift əlavə ediblər.

Bakıda tikilən qeyri-adi yol keçidi narazılığa səbəb oldu

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bu körpünü dövlət büdcəsinə vurulan ziyan, israfçılıq və düzgün olmayan layihə kimi qiymətləndiriblər. Yolüstü piyada keçidlərində eskalatorların çox zaman işləmədiyini nəzərə alsaq liftin necə işləyəcəyi də sual altındadır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »