Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gölün adını çəkmək böyük hünər hesab olunur

Dünyada elə coğrafi yer adları var ki, onları tələffüz eləmək hünər istəyir.

Bizimyol.info natgeo.ru-ya istinadən xəbər verir ki, bunlardan biri də Massaçusets şatatında yerləşən Chargoggagoggmanchauggagoggchaubunagungamaugg gölüdür. 45 hərfdən ibarət bu gölün adı təxminən dilimizdə bu şəkildə səslənir: Çe-qa-qe, qaq,men,ço,qe,qaq, çe,ba, ne, qan,qe,moq.

Yeli Nipmak qəbiləsinin hindularının dilindən alınmış bu gölün adının mənası da ən az səslənməsi qədər uzun və mənasızdır:

"Sən öz sahilində balıq tutursan, mən qarşı sahildə, ortada heç kim balıq tutmur”.

Sadə olsun deyə bəzən bu gölü yaxınlığında yerləşdiyi Vebster şəhərinin adı ilə Vebster gölü adlandırırlar.

Yerli hakimiyyət gölün adını dəyişməyi və ya qısaltmağı təklif etsə də, orda yaşayan sakinlərin narazılığı ilə qarşılaşıb.

Qeyd edək ki, uzunluğujna görə bu gölün adı yer üzündə altıncı sırada dayanır. Dünyada ən uzun yer adı isə Yeni Zelandiyada yerləşən 82 hərfdən ibarət təpənin adıdır:

Tumatauakatanqiankakoauauauotamateaturipukakapikimaunqaxoronukupokanenuakitanataxu.

İlhamə

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »