Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəhəng neft şirkətləri hasilatı kəskin azaltmağa məcbur olublar

Yeni növ koronavirus (COVID-19) pandemiyası nəhəng neft şirkətləri olan BP, "Chevron", "Exxon Mobil", "Royal Dutch Shell"i son 17 ilin ən kəskin hasilat azalmasına getməyə məcbur edir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, sözügedən şirkətlər gələcək həftələrdə İraqdan ABŞ-a qədər olan yataqlarda hasilatı kəskin azaltmaq planlarını açıqlayıb. BP şirkəti ABŞ-da şist neft hasilatını 2020-ci ildə gündəlik 70 min barel neft ekvivalentində azaldacağını və bunun 2019-cu ildəki hasilatdan təxminən 14% az olduğunu bildirib.

"Exxon Mobil" və "Royal Dutch Shell" şirkətləri də neft qiymətlərinin kəskin enməsinə cavab olaraq gündəlik hasilatı azaldacaqlarını təsdiqləyib.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »