Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda qadına qarşı cinayət törədən keçmiş məhkum tutulub

Bakıda qadına qarşı soyğunçuluq edilib.

APA-nın məlumatına görə, aprelin 24-də saat 15 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində naməlum şəxsin qəsəbə sakini olan qadının mobil telefonunu soyğunculuq yolu ilə talaması barədə polisə müraciət daxil olub.

Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.

Suraxanı rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən dünən axşam saatlarında keçirilən müvafiq tədbirlərlə onun gizləndiyi yer müəyyən olunaraq 31-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »