Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Füzuli istiqamətində erməni mayoru "mina partlayışından" öldü

Bu gün mayın 4-də , saat 19.05 radələrində Ermənistan işğalçı qüvvələrinin cəbhənin cənub istiqamətində (Füzuli-Cəbrayıl) yerləşən bölmələri itki verib.

Təmas xəttinin Füzuli istiqamətində "mina partlayışı" nəticəsində ölən erməni hərbi qulluqçusu rütbəcə mayordur. Ermənistan KİV-lərinin xəbərlərinə görə, 32 yaşlı mayor Taron Poqosyan Vazgen adına hərbi məktəbi bitirib, Araratın Vosketap icmasındandır və 3 uşaq atası idi.

Erməni tərəfi onun "mina partlayışından" həlak olduğunu bildirir, lakin həmin partlayan minanın piyadalar əleyhinə mina, yoxsa minaatan mərmisi olduğunu dəqiqləşdirmir.

Ehtimal edilir ki, əslində düşmən hərbi qulluqçusu Azərbaycan ordusunun minaatanlarından endirilən zərbə nəticəsində ölüb. Çünki təmas xətti boyu son günlər işğalçı qüvvələrin xüsusi fəallığı müşahidə olunur və düşmən 60 mm-lik minatanları işə salandan sonra Azərbaycan ordusu onların mövqelərinə daha iriçaplı minatanlarla zərbələr endirir. Müdafiə naziri Zakir Həsənov iki gün əvvəl keçirdiyi xidməti müşavirdə düşmənin təmas xətti boyu xeyli fəallaşdığını bildirib və komandirlərə ordunu yeni döyüş əməliyyatlarına hazırlamağı əmr edib.(Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »