Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Kim Çen Inı medalla mükafatlandırdı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Böyük Vətən Müharibəsi illərində KXDR-də həlak olmuş və dəfn edilmiş sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsinə verdiyi töhfəyə görə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” medalı ilə mükafatlandırılıb.

Bizimyol.info xəbər verir ki, bu fərmanı RF prezidenti Vladimir Putin imzalayıb.

Şimali Koreya liderinə bu medal ölkəsinin ərazisində həlak olmuş Sovet vətəndaşlarının və döyüşçülərinin məzar və abidələrinə göstərdiyi diqqət və qayğıya görə verilib. Xatırladaq ki, Kim Çen In Şimali Koreyada II Dünya Müharibəsində iştirak etmiş Sovet döyüşçülərinin xatirəsini çoxlu sayda memorialllarla əbədiləşdirib.

Mayın 5-də medal Mansude qurultaylar sarayında Şimali Koreyanın xarici işlər nazirinə təqdim olunub.

İlhamə Rəsulova 

Son xəbərlər
Bütün xəbərlər »