Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 5 may, 2020

Qoç - Bütün gün ərzində müsbət tendensiyaların təsiri güclü olacaq, bundan maksimum yararlanmağa çalışın. Səhər çağı inad, şöhrətpərəstlik kimi xüsusiyyətlər özünü daha qabarıq büruzə verəcək. Bu dövrdə sizin nöqteyi-nəzərinizi bölüşməyən insanlarla ünsiyyət qurmağa çalışın, bu gün onları fikirlərindən asanlıqla döndərə biləcəksiniz.

Buğa - Məlahət və cazibəniz "hakimiyyəti ələ alacaq". Buz kimi ürəkləri belə əritməyə qadir olacaqsınız. Nə zamansa eşq macərası yaşadığınız biriylə görüş mümkündür. Əgər istəsəniz, keçmiş əlaqənizi bərpa edə bilərsiniz, ikinci dəfə birincidən daha yaxşı alınacaq.

Əkizlər - Günün əvvəlində çətinliklər yarana bilər. Ətrafınızda baş verən hər şeyə çox sərt reaksiya verir, əhəmiyyətsiz məsələləri şişirdirsiniz. Yaxın qohumlarınızla fikir ayrılığı, pul və ya əmlak üstündə mübahisələr mümkündür. Ortaq məxrəcə gəlmək çox çətindir - siz sadəcə olaraq bir-birinizi dinləmirsiniz.

Xərçəng - Müsbət tendensiyaların təsir gücü artmağa başlayır. Xoş xəbərlər, maraqlı təkliflər alacaqsınız.

İmprovizədən qorxmayın. Yeni ideyalar yaxşıdırlar, onları vaxtında tətbiq etməyə çalışın.

Şir - Bu gün dəfələrlə təkid etməli olacaqsınız. İnsanlara nəinki hərtərəfli yaxşı insan, həmçinin güclü şəxsiyyət olduğunuzu nümayiş etdirəcəksiniz. Öz bildiyiniz kimi hərəkət etmək elə də asan deyil, amma bunsuz can atdığınız nəticələri əldə etmək mümkün deyil. Çox yaxın hesab etdiyiniz biri ilə mübahisəniz ola bilər. Tez barışacaqsınız, amma inciklik içinizdə uzun müddət qalacaq.

Qız - İşgüzar və enerjilisiniz. Gücünüz aşıb-daşır və bəzən ətrafınızdakıları da qorxudur. Ailədə münaqişə, yaşlı qohumlarınızla fikir ayrılığı mümkündür. Uşaqlarla ünsiyyətdə bir az səbrli olun, onlar sizin məzəmmətlərinizə çox sərt reaksiya verə bilərlər.

Tərəzi - Ciddi maliyyə problemləriniz ola bilər. Ailə büdcəsini, əmlak bölüşdürülməsini bu gün müzakirə etməsəniz, məsləhətdir. Köçmək üçün də münasib gün deyil. Səhərçağı xoşagəlməz xəbər ala bilərsiniz. Sonra situasiya aydınlaşacaq və elə də qorxulu olmadığı aşkar olacaq.

Əqrəb - Dəyər verdiyiniz insanlarla, dostlarınızla birlikdə istirahət etməyə çalışın. Romantik görüşlər üçün də xoş axşamdır. Əsas odur ki, ürəyinizcə olanı edəsiniz. Başqalarının təklif etdiyi, amma xoşunuza gəlməyən əyləncələrdən isə uzaq qaçın, belədə, bir çox problemdən yaxa qurtara bilərsiniz.

Oxatan - Sizin peyda olduğunuz bütün yerlərdə çox gözəl, mehriban ab-hava yaranır. Ancaq bəzi qərarları verərkən çox tələsirsiniz. Bura xüsusilə pul və qiymətli əşyalarla bağlı məsələlər aiddir. Bəzən əliaçıqlığınız bədxərclik həddini də keçir.

Oğlaq - Maraqlandığınız adamlarla ünsiyyət qurmaq istəyirsinizsə, axşama doğru onları başınıza toplayın. Həm evinizdə qonaq qəbul edə, həm də özünüz kimisə evinə qonaq getməklə sevindirə bilərsiniz. İstənilən halda, gözəl vaxt keçirəcəksiniz.

Dolça - Sizin nikbinliyiniz əla zireh və əvəzolunmaz silahınızdır. Onun köməyilə istənilən maneəni dəf edə bilərsiniz.

Bu gün nəinki işgüzar, hətta demək olar ki, döyüşkən ruha köklənmisiniz. Odur ki, sizin rəqiblərinizə və düşmənlərinizə ancaq təəssüf etmək qalır. Hansısa irimiqyaslı və uzunmüddətli layihəyə başlamaq məsləhətdir.

Balıqlar - Yaxşı gündür. Çoxdankı arzularınız yerinə yetir, mümkün olmayan hər şey reallaşır. Səhvlərinizi asanlıqla aradan qaldırır, yaxşılığa doğru dəyişikliklərin təşəbbüskarı olursunuz. Gələcəyə nikbinliklə baxır və ətrafınızdakıları da optimizmə "yoluxdurursunuz".

Milli.Az

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »