Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə imtahanların vaxtı da açıqlandı

Türkiyədə ali təhsil müəssisələrinə və liseylərə qəbul imtahanlarının vaxtı açıqlanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamasında ali təhsil müəssisələrinə imtahanların 27-28 iyunda, liseylərə qəbul imtahanlarının isə 20 iyunda keçiriləcəyini bildirib. Hərbi akademiyalara imtahanlar iyunun 14-də olacaq. Universitetlər iyunun 15-dən etibarən akademik təqvimə keçəcək. Məhkəmələrin fəaliyyəti iyunun 15-dən bərpa olunacaq.

Ərdoğan yumşalma dövründə qaydalara riayət olunmazsa, epidemiya yenidən güclənərsə, daha sərt tədbirlər görüləcəyini bildirib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »