Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkodan karantin rejiminin tətbiq edilməməsi ilə bağlı açıqlama

Belarus koronavirusla bağlı tam fərqli siyasət irəli sürdü. Karantin rejimi tətbiq olunmadı. Futbol üzrə milli çempionat dayandırılmadı, təyyarə reyslərinin nəzərəçarpan hissəsi ləğv edilmədi.

Bizimyol.info xəbər verir ki, Belarus prezidenti Aleksanr Lukaşenko ölkədə karantin rejiminin tətbiq edilməməsinə görə peşman olmadığını deyib. Onun sözlərinə görə, hökumətin koronavirusla bağlı siyasəti səhv olmayıb. Dövlət başçısı Belarusun səhiyyə sisteminin çox inkişaf etdiyini, pandemiya üzərində qələbə qazanmağa qadir olduğunu bildirib.

Lukaşenkonun sözlərinə görə, SSRİ dağılandan sonra ölkədə heç bir infeksiya xəstəxanası qapadılmayıb. Prezident epidemioloji xidmətin səviyyəsini yüksəltdiklərini deyib. O, insanların sağlamlığı ilə zarafat etmədiklərini dilə gətirib.

Ümumdünya Səhiyyə Təşkilatı və BMT Belarusu dəfələrlə karantin rejimi tətbiq etməyə çağırıb. Amma Lukaşenko hər dəfə xalqı düşündüyünü deməklə bundan boyun qaçırıb.

İndiyə qədər Belarusda 17 min 489 virus daşıyıcısı qeydə alınıb. Xəstələrin 103-nün həyatını itirdiyi bildirilir

Son xəbərlər
Bütün xəbərlər »