Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusa yoluxma sayında son 55 günün ən aşağı göstəricisi qeydə alındı

İtaliyada həyat qaydasına düşür. Koronavirusa yoluxanların sayında hər gün azalma qeydə alınır.

Bizimyol.info xəbər verir ki, bu gün də İtaliyadan gələn xəbərlər nikbinliyə əsas verir. Avropa ölkəsində virusa yoluxma sayında son 55 günün ən aşağı göstəricisi müşahidə edilib. Sutka ərzində cəmi 1221 nəfərin virus testi müsbət nəticə verib. Martın 10-dan sonra belə aşağı göstərici olmamışdı. Həmin gün 977 virus daşıyıcısı ümumi siyahıya düşmüşdü. O vaxtdan bəri yoluxmada 1300-dən aşağı rəqəm səslənməyib.

Sutka ərzində 195 italyan koronavirusa görə həyatını itirib. Ümumi say 29 min 79 nəfərə çatıb. Yoluxanların sayı isə 211 min 938-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 3.6 milyondan çox virus daşıyıcısı var. Onlardan təxminən 250 mini həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »