Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Timoşenko 5,5 milyon dollar təzminat aldı

Ukraynanın “Batkivşina” partiyası və parlament fraksiyasının lideri Yuliya Timoşenko 2011-2014-cü illərdə siyasi repressiyalara görə məhkəməyə qədər nizamlama mərhələsində ABŞ rezidentindən 148 milyon qrivna (təxminən 5,5 milyon dollar) təzminat aldığını təsdiqləyib.

Yuliya Timoşenko bu barədə özünün feysbuk hesabında yazıb.

Mayın 3-də “Batkivşina” partiyasının lideri əmlak vəziyyətinə dəyişiklik edilməsi barədə deklarasiya təqdim edib. Elektron deklarasiyadakı məlumata əsasən, gəlirin mənbəyi qismində xaricdə qeydiyyatdan keçən Reid, Collins, Tsai LLP kompaniyası göstərilib.

Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında Yuliya Timoşenko Rusiya ilə qaz müqaviləsi imzalanan zaman vəzifə səlahiyyətlərini aşması ittihamı ilə yeddi il müddətinə həbs cəzasına məhkum edilmiş, 2014-cü ilin fevralında Ali Radanın qərarı ilə azadlığa buraxılmışdı. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »