Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Villalardan oğurladıqlarını küçədə camaata paylayan adam həbs edildi - Video

Türkiyədə qeyri-adi oğru həbs olunub. Cinayətkar villalardan oğurladığı qızılları pula dəyişərək, vəsaiti küçədə camaata paylayırmış.

Bizimyol.info xəbər verir ki, qeyri-adi oğru Kütahyada ələ keçirilib. Onun üzərindən zinət əşyaları və 10.5 min lirə (təxminən 2500 manat) çıxıb. Hərçənd, kütahyalı villalardan ümumilikdə 60 min lirəlik qır-qızıl aparıbmış. Sadəcə, oğru villalardan əldə etdiklərini camaatla paylaşmaq qərarına gəlib. O, üzərindəki pulların çoxunu küçədə təsadüfi qarşılaşdığı adamlara verib. Maraqlıdır ki, oğrunun təklif etdiyi pulu geri çevirən olmayıb.

A.T. əsasən Kütahyanın 100-cü Yıl məhəlləsindəki villara girirmiş. Oğurluq aktlarından birindən sonra polis onun yeri haqda dəqiq məlumat alıb. Oğrunu gecə yarısı həbs ediblər.

Son xəbərlər
Bütün xəbərlər »