Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkədə şagirdlər məktəbə qayıtdı - Video

Vyetnamda həyat tam bərpa olunur. Şagirdlər məktəbə qayıdır.

Bizimyol.info xəbər verir ki, Vyetnamda iki həftədir koronavirusa nadir hallarda yoluxma qeydə alınır. Hər halda, hökumətin məlumatlarında belə deyilir. Buna görə də məktəblərin fəaliyyətinin bərpası qərara alınıb.

“Euronews”un reportajında Hanoyda şagirdlərin məktəbə necə daxil olması göstərilir. Əvvəlcə onların temperaturu yoxlanılır. Hamıdan maska taxmaq tələb olunur. Sinif otaqlarında sosial məsafə qorunur. Müəllimlər və şagirdlər dərslərə başlamazdan əvvəl dezinfeksiya prosesini həyata keçirir.

Vyetnamda indiyə qədər 271 nəfərdə infeksiya aşkarlanıb. Heç bir pasiyentin həyatını itirmədiyi bildirilir. Vyetnam Səhiyyə Nazirliyi 156 nəfərin tam sağaldığını iddia edir. Dünən cəmi 1 nəfərin virus testu müsbət nəticə verib. Bu gün virusa yoluxan olmayıb.

Son xəbərlər
Bütün xəbərlər »