Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Türkiyə tərəfindən 57 ölkəyə tibbi ləvazimatlar göndərilib”

“COVID-19 əleyhinə peyvənd bəşəriyyətin ortaq malı olmalıdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) koronavirusa qarşı maliyyə vəsaitlərinin toplanmasına dair onlayn tədbirinə ünvanladığı videomüraciətində deyib.

O bildirib ki, Türkiyənin güclü səhiyyə sisteminin olmasına baxmayaraq, İstanbulda 3 ayrı yerdə 2100 yerlik və hər bir şəraitə malik yeni xəstəxanalar inşa edilir.

Ərdoğanın sözlərinə görə, Türkiyə tərəfindən indiyə kimi 57 ölkəyə tibbi ləvazimatlar göndərilib.

“Türkiyənin yeni növ koronavirusla mübarizə təcrübəsini dostlarımızla paylaşırıq. Milli mübarizə ilə yanaşı, COVID-19-un müalicəsi və xəstəliyə qarşı peyvəndin əldə edilməsi istiqamətində beynəlxalq səyləri də dəstəkləyirik. COVID-19 əleyhinə peyvənd bəşəriyyətin ortaq malı olmalıdır”, - deyə Türkiyə Prezidenti qeyd edib. (Apa.az)

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »