Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkil həbs olunmuş sabiq icra başçısını gözləyən cəzaları açıqladı

İrəli sürülən ittihamlar öz təsdiqini taparsa, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevi ağır cəza gözləyir.

Bu barədə Bizimyol.info-ya açıqlamasında vəkil Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənov

Vəkil qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə sabiq icra başçısı Cinayət Məcəlləsinin "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "təkrar rüşvət alma", "mənimsəmə faktlarına görə" maddələri ilə məsuliyyətə cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülən ittihamda vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda, əmlakı müsadirə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, “təkrar rüşvət alma” ittihamı üzrə 12 ilədək, “mənimsəmə faktlarına görə” 14 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Bu ittihamlar sübut olunarsa, cəzalar toplanacaq. Amma maksimum cəza 20 ildən çox ola bilməz”,-deyə vəkil bildirib.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 30-da vəzifəsindən azad edilib.

Ramid İbrahimov

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »