Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
190 manat ala bilməyənlər yenidən müraciət edə bilərlər

190 manat birdəfəlik ödəmə ilə bağlı əsassız şəkildə rədd cavabı alan vətəndaşlar yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov “ATV Qərargah” proqramında açıqlayıb.

Vüqar Bayramov Vüqar Bayramov

Məsələ ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab verən deputat bildirib ki, bunun üçün nazirliyin elektron poçtuna və ya məktub vasitəsilə şikayət ərizəsi göndərilə bilər: “Məsələn, şikayətlər eşidirik ki, bir vətəndaşın adına avtomobil yoxdur və heç vaxt olmayıb. Lakin ona 190 manat sosial müavinət təyin edilməyib. Ola bilsin ki, bu, texniki problem ucbatından baş verib. Bu halda, həmin vətəndaş nazirliyə yenidən müraciət etməlidir. Baxmayaraq ki, artıq birdəfəlik ödənişlərin təyin edilməsi üçün qeydiyyat tarixi bitib, əsassız rədd cavabı alanlar yenidən müraciət edə bilərlər”, - V.Bayramov bildirib.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »