Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT: Qlobal səhiyyə sistemi çox ağır təzyiq altındadır

“Bu gün biz COVID-19 pandemiyasını məğlub etmək üçün göstərdiyi mühüm dəstəyə və xidmətlərə görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Qoşulmama Hərəkatının səylərini alqışlayırıq”.

APA-nın xəbərinə görə, bunu BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.

O bildirib ki, bu gün qlobal səhiyyə sistemi çox ağır təzyiq altındadır, qlobal səyahətlər dayandırılıb: “BMT olaraq COVID-19 pandemiyasının qarşısını almaq niyyətindəyik. Bunun üçün güclü və dayanıqlı sistem yaratmalıyıq”.

Ticani Məhəmməd-Bandenin sözlərinə görə, heç bir dövlət bu çətinliyin öhdəsindən tək başına gələ bilməz.

“Vəziyyət əvvəlki kimi deyil. Ölkələr anlayırlar ki, bu gün onlar çox böyük çətinlik qarşısındadırlar. Biz cari böhranın ortasındayıq. Dünyadakı silahlı münaqişələr dayandırılmalıdır. Qlobala atəşkəsin elan edilməsi üçün BMT tərəfindən çağırış olunub”, - deyə o qeyd edib.

BMT Baş Assambleyasının sədri vurğulayıb ki, bu gün dünyadakı tələbələrin 90 faizindən çoxu çətinliklərlə qarşılaşıb, məktəblər, universitetlər bağlanıb.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »