Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus eşşək və arı südünə tələbatı artırdı

Koronavirus pandemiyası qardaş ölkə Türkiyədə eşşək və arı südünə tələbatı artırıb. Belə ki, eşşək südünün bir litri 100, arı südünün bir litri 16 min lirədən alıcılara təqdim edilir. Qiymətlərin yüksək olmasına baxmayaraq, bu məhsullara yüksək tələbat var.

“Bu il çöldə , çəməndə çiçəklərin bol olması səbəbi ilə arı südü məhsulumuz bol olub. Keçən il 8 kilo , bu il 15 kilo arı südü toplamışıq. Kilosu 16 min TL-dən böyük tələblə alıcılarımız var”,- deyə 55 ildir arıçılıqla məşğul olan Şahbaz Çay bildirib. O arı südünün qramla satıldığını da vurğulayıb. Arı südü əsasən dərman kimi istifadə olunur.

Türkiyəli fermer Məhmət Əli Yalçın da bu günlərdə eşşək südünə tələbatın artdığını qeyd edib. Xalq təbabətində nəfəs darlığı, bronxit və göy öskürəyin müalicəsində geniş istifadə olunan eşşək südünün koronavirusun müalicəsində müsbət təsir edəcəyini düşünən insanlar onu almaq üçün öncədən sifariş etməyə başlayıblar.

Eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdanına görə ana südünə ən yaxın süddür. Tərkibində protein və şəkərin miqdarı ana südündəkindən daha çoxdur. İnək südü bəzi körpələrə allergiya verir, amma alimlərin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. Eşşək südü həzmi rahatlaşdırır, kökətmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır.

Amerika, Braziliya, Çili, Fransa, Almaniya, İtaliya, İngiltərə, Çin və bir çox ölklərdə xüsusi fermalarda bu süddən müxtəlif süd məhsulları hazırlayırlar. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır. Arı südü isə immuniteti gücləndirir və ömrü uzadır. Arı südünün istehsalı zəhmətlidir. Bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Arı südünü arılar çənələrindəki vəzilər vasitəsi ilə ifraz edirlər.Arı südü xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir.Arı südü mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur.

İlhamə
Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »