Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda erməni dəyirmanına su tökülür, yaxud azərbaycanlı balıqçı niyə öldürülüb

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası eks-prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın deputatlıq səlahiyyətlərinə son qoyub. İki gün öncə isə Qazaxıstanla Azərbaycan arasında baş verən daha bir insident diqqət çəkdi, Xəzər dənizinin Azərbaycanla Qazaxstan sərhəddində baş vermiş silahlı insident nəticəsində azərbaycanlı balıqçı öldürüldü, Bakı qarşı tərəfə hadisəylə bağlı nota verdi. Nazarbayevin hakimiyyətdən gedişi ilə ölkənin əvvəlki düzəni ipi qırılmış muncuq dənələri kimi dağılmaqdadır.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Bizimyol.info-ya Nazarbayevin türk dünyasındakı böyük rolu və bu gün ölkədə yaşananlar barədə danışıb.

Əziz Əlibəyli

“1989-cu ildə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilən gün heç kim, özü də bilmirdi ki, böyük nüfuza malik olduğu SSRİ tarixin təkəri altında qalacaq və bir daha da dikələ bilməyəcək. Nursultan Əbiş oğlu Nazarbayev hakimiyyətdə olduğu 30 il ərzində sözü tam mənasında təpədən-dırnağa böyük və güclü Qazaxıstan inşa etdi, əsrlərdən bəridir davam edən rusofil düşüncəni məğlub edərək, paytaxtı ölkənin içərilərinə daşıdı. Əksəriyyəti ruslardan ibarət olan Şimali Qazaxıstanın separataçı ruhunu boğdu, tədricən rus əhali Rusiyaya, qazaxlar isə Qızıl Ordaya dönüş etmiş oldular.

Nursultan Nazarbayev, Dinara Kulibayeva Nursultan Nazarbayev, Dinara Kulibayeva

Nazarbayev ötən illər ərzində təkcə Qazaxıstanı qurmadı, bütün Orta Asiyaya əkə olaraq, qardaş ölkələr arasında yetişən su müharibələrini önlədi, tarixə ekskurs edərək, milli kimliyi ərəb ümmətizmi içərisində ərimiş haldan çıxarmağı bacardı, türk tarixinə sahib çıxaraq, hətta Putinə də "posta" qoydu. Böyük Azərbaycan sevgisi bəsləyən, Heydər Əliyevlə, daha sonra İlham Əliyevlə çox yaxın dostluq əlaqələri yaratdı, KTM-də ermənilərin ağzına tərs sillə vurdu, qan gölünə çevirilməyə bəhanə gəzən Xəzərdə bizi dəstəklədi, türk xalqının ağsaqqalı adlandı. Türkiyə ilə Böyük Türküstanın sərhəddini yaradan Naxçıvana qədəm basaraq, Türkiyənin yanında olduğunun, Azərbacanı dəstəklədiyinin mesajlarını həmişə verdi... 2019-cu ildə artıq yaşlanan Nazarbayev hakimiyyəti yumşaq yolla təhvil verməyə başladı. Qapalı kart - Kasım Cömert Tokayev ölkə rəhbəri seçildi, amma necə deyərlər, bütün iplər bundan sonra qopmağa başladı.

Qazaxıstanın ilk prezidentinin böyük qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri vəzifəsindən məhrum edildi, dünən isə Qazaxıstan Mərkəzi Seçki Komissiyası Respublika Senatının (parlamentin yuxarı palatası) deputatı Dariqa Nazarbayevanı səlahiyyətindən məhrum edib. Bütün nəzarət Nəzəroğullarından çıxmaqdadır. Amma bizə maraqlı olan bu deyil, Tokayevin gəlişindən sonra Azərbaycan- Qazaxıstan cəbhəsində yaşananlarla bağlıdır. Hakimiyyətinin kreslosu nimdaşlaşmamış O, "Qazaxıstanla Ermənistanı tarixi baxımdan ancaq ermənilərin türk torpaqlarında həyata keçirdikləri terror və vəhşiliklər birləşdirir." kimi absurd bir açıqlama verdi. Hətta bir az da irəli gedərək, "tarix və dil baxımından Ermənistanla ortaq nöqtələrimiz var” . - deyə, bildirdi.

Erməni qəzetinə verilən bu açıqlama Azərbaycanda yeri-göyü silkələdi, təxribata yozsalar da rəsmi təkzib də verilmədi. Maraqlıdır, tarix və dil bilgisi olan Tokayevi bu hala salan nə idi, axı ermənilərin Qazaxıstanda törətdikləri terror aktları ilə bağlı tarix faktlarla dolu idi. Qazax blogger Dinara Seysen bu məsələ ilə bağlı yazmışdı ki, Tokayev dövlət başçısı kimi danışmır, rusun və erməninin dilinə aldanaraq Türkiyəyə, Azərbaycana qarşı çıxır.

Baş verənlərin izi silinməmiş ötən ayın son günü Xəzər dənizində qazax sərhəd dəstəsi öz sektorumuzda motoru xarab olan, dalğaların atıb-tutaraq qazax sektoruna tulladığı balıqçılarımıza atəş açırlar, bir soydaşımız güllələnir, digərləri isə təcili şəkildə məhkəməyə çıxarılaraq, həbs edilir. Hadisədən sonra Azərbaycan Qazaxıstana nota verir, bunun türk qardaşlığına sığmadığını deyir. Qazaxıstan Azərbaycana nə demək istəyir, biləcəyik yaxın günlərdə. Amma son olaraq bunu deyə bilərəm- Sən gedəndən hər şey dağılır, Nursultan, özün də böyük idin, siyasətin də”.

Son xəbərlər
Bütün xəbərlər »