Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Narkotiklə saxlanılanın silsilə oğurluqları üzə çıxdı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində silsilə oğurluqlar törədən rayon sakinləri saxlanılıb. Saxlanılarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkar edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in  mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Alar kənd sakini Kainat Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 3 qrama yaxın nakotik vasitə heroin aşkarlanıb. K.Əliyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun həmkəndlisi Seymur Hüseynovla birlikdə rayonun Alar və Günəşli kəndlərində ayrı-ayrı vaxtlarda gizli yolla daxil olduqları 6 yaşayış evindən ümumilikdə 7700 manat dəyərində pul və qızıl zinət əşyaları oğurladıqları müəyyən

olunub. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S. Hüseynov da saxlanılıb və hər iki şəxs istintaqa təhvil verilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə K.Əliyevə narkotik vasitəni satan şəxs, Cəlilabad şəhər sakini Elməddin Quliyev də müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »