Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış həkim virusdan qorunmaq üçün maraqlı təklif etdi

Tibb elmləri doktoru, professor Adil Qeybulla karantin qaydalarının bir qədər də yumşaldılması fonunda insanların etinasız və laqeyd yanaşma sərgiləmələrinə rəğmən fərdi sağlamlığın qorunması üçün maraqlı təklif irəli sürüb. Doktor bundan sonrakı illərdə də qorxuncrespirator infeksiyaların yaranma ehtimalına qarşı içərisində xüsusi nanofiltrlər olan şərflərin hazırlanmasını və bu aksessuarın həyatımızın bir parçasına çevrilməsini təklif edib.

“Təklif edirəm ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni bir şarf forması təklif eidlsin, icad edilsin. Əslində bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şarf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər”,- deyə o Bizimyol.info-ya bildirib.

Adil Qeybulla Adil Qeybulla

Məşhur həkim həmçinin cəmiyyətin pandemiya dövründə sərgilədiyi davranış şəklinə də münasibət bildirib.

“COVID-19 ştamı haqda müxtəlif versiyalar, fikirlər səslənir. Bioloji silahdan tutmuş, təkamülə qədər hər türlü əqli və əqildən uzaq, sadəcə hissiyyata, emosiyaya dayanan, qeybət üslublu fikirləri də dinləmək xoşbəxtliyi nəsibimiz oldu.

Postsovet münasibətlər sistemində adət etdiyimiz, alışdığımız bir meyar var – meyarsızlıq. Nə qədər əlimizi yelləyib keçsək də, yeni davranış qaydaları, insani münasibətlərin bazal prinsiplərin alterasiyası beynimizdə qabığıaltı olaraq bizim psixikamızı təhdid edir. Təzadlar, deviasiyalar, süni alqışlar, kuluar qeybətlər dövrünü yaşayırıq. Həyat fəaliyyətini instinktləri üzərində quran, nə yolla olursa olsun para qazanmaq, varlanmaq, qarın otarmaq, görməmişlik etmək, var-dövlətini hər fürsətdə nümayiş etdirib öyünmək, bununla da öz aləmində üstünlüyünü başqalarına göstərməyə çalışmaq son dövrlərin adət etdiyimiz primal davranış üslubuna çevrilib. Siz bir vətəndaşın digərinə, bir məmurun vətəndaşa çəmkirərək “sən kimsən, səni yox edərəm, başına oyun açaram” və sair kimi animal davranış nümunələrini hansısa bir mədəni ölkədə görə bilərsinizmi? Əslində bu ifadələrin qarşılığı odur ki, qanun ayaqlar altındadır, o bir qrup seçilmişlərə aid deyil. Siz insanın utanc duymaqdansa, oğurluq pulları ilə öyünməsi kimi bir iyrənc mənzərəni harada seyr edə bilərsiniz? Çünki bizim əxlaq anlayışlarımız saxta, ən yaxşı halda yanlışdır. Saxtakarlıq bizim insan cildində bir heykəlimizdir! Görünür mədəni inkişaf üçün təfəkkür tərzimiz kökündən dəyişməlidir...

Bəzi kalsinatlaşmış düşüncə sahibləri niyə virusoloqların və infeksionistlərin əvəzinə cərrahların danışmasına irad tutmağa da başladılar. Həmin adamlara bəyan etmək istəyirəm. Sizlər icazə gözləyəndə, danışmağa qorxanda, qorxaq gözləriniz dirijor çübuğunun trayektoriyasını izləyəndə biz millətin və dövlətin mənafeyi naminə mövqeyimizi ortaya qoya bilirik. Burada əsla bilikdən söhbət getmir. Söhbət fədakarlıqdan və vətəndaş mövqeyindən gedir. Aramızdakı prinsipal fərq də bundadır. Danışın, kimdir sizin ağzınızı qapayan? Təşəbbüskar olun, onsuz da TV-lər, media alternativ fikir axtarışındadırlar”.

Karantin dövrünün tədricən yumşaldılması barədə danışan Adil Qeybulla bunları qeyd edib:

“Karantin rejimi uzun müddət davam edə bilməz. Biz sosial həyatın ayrı-ayrı sahələrini dondura bilmərik. İnsanlar, işləməlidir, yaşamalıdır, özlərini reallaşdırmalıdır. Ona görə də karantin rejimi tədricən yumşaldılma istiqamətində davam edir. Amma karantin davranışları sərt olmalıdır. Hava-damcı yolu ilə infeksiyaların yayılmasının əsas yolu kütləvi miqrasiya, sosial sıxlıq, təmaslar və antisanitariyadır.

Qorunma yolu isə sosial izolyasiya və sanitar qaydaların gözlənilməsidir. Ya da biz gözləməliyik ki, infeksiya hər il koronavirusun əvvəlki ştamlarında olduğu kimi özbaşına tüğyan etsin, ölən ölsün, sağalan sağalsın, kollektiv immunitet yaransın, artıq özünə yaşamağa müdafiəsiz canlı insan hüceyrəsi tapmayan virus tədricən sıradan çıxsın. İndiki halda bu böyük tələfatla müşayiət oluna bilər!

Razılaşarsınız ki, ən optimal yol bu gün dünyanın getdiyi yoldur. Ona görə də biz sosial məsafəni gözləmək, maskada gəzmək, sanitar qaydaları gözləmək kimi tədbirləri Dünya Səhiyyə Təşkilatı (DST) virusun dünyada yoxa çıxması haqda raport verənə qədər davam etdirməliyik. İkinci dalğanın olmasına yol vermək olmaz. Bu bizə ağır başa gələ bilər! Hər il dünyada respirator virus infeksiyalarından minlərlə insan dünyasını dəyişir. Bu ilki COVID-19 sürprizi isə hər il yeni formada bizi fakt qarşısında qoya bilər. İnsanların sayı həndəsi silsilə ilə artır, buna bağlı problemlər (qidalanma, yaşam yerləri, sosial sıxlıq) də artmaqda davam edir. Ona görə də bu davranışa öyrəşməliyik.

Təklif edirəm ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni bir şarf forması təklif eidlsin, icad edilsin. Əslində bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şarf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər. Hər halda modifiasiyalarınızı bildirə bilərsiniz. Yəqin ki, belə bir şarf və ya geyim forması icad olunmasına ehtiyac duyulacaq. DST gələcəkdə respirator virus infeksiyalarından qorunmaq üçün tərtib etdiyi alqotirmə bu formanı da sala bilər”.

İlhamə

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »