Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanı böyük siyasi dəyişikliklər gözləyir"

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyan ölkə üçün böyük siyasi dəyişikliklərin olacağını proqnozlaşdırır.

Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, bazar günü “Rodina” İnkişaf Fondunun rəsmi Facebook səhifəsində yerləşdirilən bəyanatda belə deyilir. Bildirilir ki, A.Vanetsyan bu fondun Qəyyumlar Şurasının sədridir.

"Bu yaxınlarda baş verən daxili siyasi hadisələri nəzərə alaraq əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə bizi böyük siyasi hadisələr gözləyir. Sizin fəaliyyətinizə daha çox tələb olacaq və əməyiniz qiymətləndiriləcək”,- deyə o qeyd edib.

O həmçinin bütün jurnalistləri və KİV-i təbrik edib.

“Vanetsyan qeyd etdi ki, həqiqət, azad söz, müstəqil media bəşər tarixinin ən böyük nailiyyətlərindən biridir və demokratiyanın söykəndiyi dəyərlərin dayağıdır.

Əminik ki, Ermənistanı demokratik gələcək gözləyir, lakin bunun üçün azad və prinsipial media lazımdır.

Vanetsyan onu da qeyd etdi ki, son hadisələr medianın təzyiq altında və ya süni şəkildə yaradılan çətinliklər qarşısında susmayacağını göstərdi",-deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, A.Vanetsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən 2019-cu ilin sentyabrında uzaqlaşdırılıb. Bu ilin fevral ayında isə o, siyasi partiya yaratmaq niyyətində olduğunu bildirib.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »