Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nyu-York qubernatoru koronavirusa yoluxma hallarının azaldığını bildirib

Nyu-York ştatında son sutka ərzində ölənlərin sayı 280 nəfər olub.

Bu barədə qubernator Endryu Kuomo mətbuat konfransında bildirib.

O qeyd edib ki, xəstəxanaya yerləşdirilənlərin ümumi sayı azalmaqdadır: “Bu yaxşı xəbərdir. Xəstələrin sayı 9786 nəfərə enib. Süni tənəffüz cihazına qoşulanların da sayı azalmaqdadır. Gündəlik xəstəxanaya 789 nəfər yerləşdirilir ki, bu da ötən günlərdən azdır”.

Kuoma ölənlərin sayının hələ də gözləntiləri əks etdirmədiyini deyib: “Ölüm sayından hələ də narahatıq – son sutkada 280 nəfər dünyasını dəyişib. Amma ümumilikdə tendensiya yaxşıdır”.

Qeyd edək ki, ABŞ-da koronavirus epidemiyasının episentri Nyu-York ştatıdır. (Apa.az)

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »