Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Materatsi Zidanla qalmaqalının təfərrüatlarını açıqladı

İtaliya milli komandasının sabiq futbolçusu 2006-cı il dünya çempionatının final matçı zamanı Fransa yığmasının üzvü Zinəddin Zidanla yaşadığı insident barədə danışıb.

Keçmiş müdafiəçi "Instagram"dakı çıxışı zamanı görüşün əlavə vaxtında baş vermiş qalmaqalı xatırladıb.

Materatsi oyun ərzində Zidanla bir neçə dəfə təmasda olduğunu bildirib: "O, əlavə vaxtın ilk yarısında qol vurmağa yaxın idi. Buna görə də Cennaro Qattuzo məndən Zidanı yaxşı saxlamağı xahiş etdi. Qattuzo belə halın bir daha təkrarlanmamasını istədi. Zinəddindən ilk toqquşmamdan sonra üzr istədim. O isə pis reaksiya verdi. "Sənə formamı sonra verərəm" söylədi. Mən isə "Bacını verməyini daha üstün tutardım" dedim".

Materatsi etiraf edib ki, həmin vaxt Zidandan belə zərbəni gözləməyib: "Bəxtim gətirdi, çünki hər ikimiz hazırlıqlı vəziyyətdə dalaşsaydıq, qrim otağında olardıq".

Qeyd edək ki, DÇ-2006-nın final matçının əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 7-ci dəqiqədə Zinəddin Zidan penalti ilə açsa da, 19-cu dəqiqədə Marko Materatsi bərabərlik qolunu vurub. Əlavə vaxtda - 110-cu dəqiqədə Zidan Materatsinin sinəsinə kəllə zərbəsi endirib. Bu səbəbdən, qırmızı vərəqə alan fransalı futbolçu qarşılaşmanın ardından karyerasını başa vurub.

Onu təxribata çəkən italiyalı oyunçu isə FIFA tərəfindən 5 000 İsveçrə frankı məbləğində cəriməyə və 2 matçluq diskvalifikasiyaya məruz qalıb. Qarşılaşmanın penaltilər seriyasında İtaliya 5:3 hesablı qələbə sayəsində dünya çempionu olub. Penaltilərdən birini isə məhz Materatsi dəqiq yerinə yetirib. (Report.az)

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Tramp: Mən Azərbaycan və Ermənistan arasında sülhə nail olacam
Son xəbərlər
Bütün xəbərlər »