Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisdə yeni şöbə və sektor yaradılıb

Milli Məclisin yeni İcra Hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə müdir və müavin təyin edilib.

Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yeni şöbəyə Rüstəm Mahmudov müdir, Teymur Tağıyev isə müavin təyin edilib.

Bundan əlavə, şöbənin nəzdində yeni Mərkəzi və Yerli İcra Hakimiyyətləri ilə iş sektoru yaradılıb. Həmin sektora isə Emin İmanov müdir təyin olunub.

Qeyd edək ki, buna qədər Rüstəm Mahmudov Milli Məclis Aparatının Beynəlxalq Münasibətlər şöbəsinin müdir müavini, Teymur Tağıyev həmin şöbənin Avropa ilə inteqrasiya sektorunun müdiri, Emin İmanov isə Ərazi vahidləri və bələdiyyələrin Dövlət reyestri sektorunun müdiri vəzifəsində çalışıblar. (Report.az)

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »