Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bacanağını silahla öldürüb, hadisə yerindən qaçdı - Təfərrüat

Şəmkir rayonunda 28 yaşlı gəncin qohumu tərəfindən qətilə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Mayın 1-də Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlu rayonun Yeni Həyat kənd ərazisində başının arxa hissəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.

Hümmətli Elnur Hümmətli Elnur

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin onun bacanağı olan, Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Etibar Binnət oğlu Süleymanov tərəfindən törədildiyi məlum olub və şübhəli şəxis qismində saxlanılıb.

"Report"un Qərb Mərkəzi qətllə bağlı bəzi təfərrüatları əldə edib. Belə ki, ailə daxili mübahisə səbəbindən E.Hümmətlinin həyat yoldaşı bir necə dəfə Yeni Həyatda olan ata evinə gedib. Daha sonra qohumların və tanışların iştirakı ilə barışdırılıblar. İllərdir davam edən mübahisənin səbəbkarı olaraq isə tərəflər hərzaman bir-birlərini günahlandırıblar. Məişət probleminə çevrilən məsələ ailənin ovlad sahibi olması ilə sakitləşsə də son bir neçə ayda yenidən mübahisə yaranıb.

Mübahisəyə onun bacanağı olan E.Süleymanov da qoşulub. Hadisə günü E.Hümmətli Yeni Həyat kəndinə gedib. Orada bacanağı olan E.Süleymanov onunla görüşüb. Bu zaman yeni Həyat kəndindən Yuxarı Seyfəli kəndinə gedən yolda E.Süleymanov üzərində olan kustar üsulla düzəldilmiş silahdan istifadə edərək E.Hümmətlinin başının arxa hissəsindən bir güllə vuraraq onu qətlə yetirib. Hadisə yaşayış evindən kənarda olub. Güllə səsi eşidən sakinlər əraziyə gəliblər və məsələ ilə bağlı hər ikisinin yaxınlarına və adiəti qurumlara məlumat veriblər.

E.Süleymanov hadisəni törətdikdən sonra ərazidən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Qətlə yetirilən E.Hümmətli kənd və rayon ərazisində usta yanında fəhləliklə məşğul olub. Hadisəni törədən şəxsin isə öncələr məhkumluq həyatı yaşadığı, kənddə təsərrüfatla məşğul olduğu bildirilir.

Qeyd edək ki, E.Hümmətli ilə həyat yoldaşının nigahından dünyaya gələn qız uşağının 2 yaşı var.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir. (Report.az)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »