Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncliyin qorunma sirləri: “Qocalma 25 yaşında başlayır”

İnsan hər zaman gənclik və gözəlliyin əbədi olması arzusu ilə yaşayıb. Əsrlər boyu öz dövrünün alimləri, həkimləri, kimyagərləri bu problem üzərində baş sındırıb.

Texnoloji möcüzələrə şahid olduğumuz, gen mühəndisliyinin yeni insan , klonlar yaratdığı bir dövrdə gənclik və qocalma artıq problem olmamalıdır. Ən azından 40 il sonra ölümə qalib gələ bilməsək də əbədi gəncliyin sirrini çözmüş olacağıq. Kim bilir, bəlkə də çözülüb, amma hər kəs bilmir. Biz niyə qocalırıq? Niyə bizim orqanizm zaman keçdikcə, “işləndikcə” “köhnəlir” və sıradan çıxır. Niyə bəlli yaşa çatdığımız zaman xəstələnməyə başlayırıq və üzümüz qırışır? Niyə dəri öz təravətini ititir? Niyə bəzi insanlar yaşlı olmasına baxmayaraq, enerjili və güclü, bəziləri isə gənc yaşda zəif və gücsüz olurlar? Bunun qarşısını almaq mümkündürmü? Bu gün həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynovla söhbətimizdə bu suallara cavab axtaracağıq.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

-Müşfiq doktor, qocalma nə üçün baş verir? Biz niyə qocalırıq?

-Son illərdə gözəllik industriyası bazara minlərlə anti-age (yaşlanma əleyhinə ), detoks və orqanizmi bərpaedici vasitələr təklif edir. 21-ci əsrin əvvlərindən molekulyar tibbin inkişafı və nano-texnalogiyaların tətbiqi bu işləri artlq başqa səviyyəyə gətirdi.İnsan hər zaman ətraf mühitin təsiri altındadır. Meqapolislərdəki fasiləsiz həyat, yüksək ritm, normal qidalanmanın, stabil yuxunun olmaması, pozulmuş metabolizma, süni və sintetik qidalar, hava kirliyiyi, radiasiya fonu və streess- hər birimizin gündəlik məruz qaldığımız problemlərdir. Bu problemlər sərbəst radikal şəklində bizim hüceyrəlmizi zədələyir və onların normal iş prinsipini pozur. Nəticədə hüceyrə səviyyəsində zədələnmə baş verir və bu sonrakı mərhələdə mənşəyi bəlli olan və olmayan xəstəliklərin yaranmasına səbəb olur. Beləliklə, bu və ya digər səbəbdən aldığınız sərbəst radikallar orqanizmə daxil olur.

-Bundan sonra nə baş verir?

-Bu radikalların bir çoxu qaraciyərdə zərərsizləşdirilir. Bunun üçün bədəniniz aminturşu və antioksindant deposundan istifadə edir. Orqanizmdə ümumilikdə 19 yaxın aminturşu var, bunların çoxu əvəzolunan bəziləri isə əvəzolunmayandır. Aminturşular sizin zədələnmiş hüceyrələrinizi bir müddətə kimi bərpa edir. Bəs sonra? Sonra isə gücü, daha doğrusu aminturşu miqdarı çatmır. Çünki, aminturşular, yəni sizi “qoruyan mələklər” ancaq 22-25 yaşına kimi sintez olunur. Yəni, siz ömrünüzün qalan hissəsində 25 yaşına kimi yığdığınız balansdan istafadə edirsiz. Nəticə-qocalma 35 yaşlarında yox, 25 yaşında başlayır. Sadəcə biz bunu güzgüdə 35 yaşlarında görürük. Yaşlanmanın bütün elementləri- dəri solğunluğu, qırışlar, saç tökülməsi, göz zəifləməsi, dişlərin tökülməsi, qazanılmış yanaşı xəstəliklər, səbəbi məlum və məlum olmayan xəstəliklər-bunlar hamısı nəticədir. Səbəb isə birdir-gündəlik məruz qaldığınız sərbəst radikal zəhərlərinin sizi çökdürməsi. Elementar misal üzərində dayanaq. Sizin gündəlik qidanız fast-food və ya sintetik qidadan ibarətdir. Müxtəllif qazlı şirələr və ya daha pisi energotoniklərdən hər gün istifadə edirsiz. Bundan əlavə siqaret çəkir, nəzarətsiz alkoqol qəbul edirsiz. Tam olsun deyə, ofisdə oturaq işiniz, metabolizmanız pozulub, artıq çəkiniz var və tez-tez əsəbləşirsiz. Bunlar ayrı ayrılıqda hər biri sərbəst radikaldır, sadə dildə sizin üçün “zəhər”dir. Gündəlik qəbul edirsiz və heç bir yeriniz ağrımır. Doğrudur, ağrımayacaq. Çünki gəncsiz, deyək ki, 25-28 yaşlarındasınız. Bəs sonra? 35 yaşda necə olacaq? Sonra siz əvvələcə qastrit olacaqsız, sonra mədənizdə xora yaranacaq, bu paralel olaraq mədəaltı vəzinin fəaliyyət pozğunluğu, diabet, qaraciyər piylənməsi, fermentativ proseslərin pozulması, sürətlə azalan antioksidant fon və s. Siz artıq saatlı bombasız. Nə zaman, harda partlayacağı bəlli olmayan bomba.

-Sərbət radikallardan necə qorunmaq olar?

- Bu səbəblərin bəzilərindən qaçmaq və ya zərəri maksimum azaltmaq olar.

-Necə?

- Rejimlə və düzgün qidalanma, gündəlik idman hərəkətləri, stressdən mümkün olduğu qədər uzaq durmaqla bu səbəblərdən bir hissəsini neytrallaşdırmaq mümkündür. Bu günlərdə bu mövzu xüsusilə aktualdır, çünki viruslar ən güclü sərbəst radikallardandır.

Bəs sonra? Orqanizmin “gücü” limitsiz deyil, onu necə bərpa etmək olar? Əbədi gənclik üçün orqanizmə hansı elementlər lazımdır?

-Son illərin araşdırmaları göstərdi ki, orqanizmi qorumaq, onu xəstəlik sonrası bərpa etməkdən həm asandır, həm də effektiv. Yəni, çalışıb xəstələnməmək daha asandır, nəinki xəstəliyi tam və fəsadsız sağaltmaq. Hər xəstəlik özü-özlüyündə hüceyrə səviyyəsində disbalansın nəticəsidir. Hüceyrələrin qidalanma, qoruma və yenilənmə prosesinin pozulmasıdır. Deməli, teoretik olaraq, bu üç prosesin ardıcıllığını təmin etdiyimiz zaman, xəstələnmənin (qocalmanın) qarşısını almaq mümkündür. Bunun üçün orqanizmdə mütləq aminturşu, antioksidant, bəzi vitamin və minralların balansını qorumaq lazımdır. Hüceyrələrin qidalanması üçün L-Arginin, N-Acetil-Sistein, Kollagen, zərərgörmüş hüceyrələrin bərpası üçün L-Glutamin, L-Sistein, L-Lisin, BCAA kimi aminturşular, MSM, Glukozamin kimi kükürd birləşmələri, Sink, Selen kimi elementlər, C və B qrup vitaminlər vacibdir. Bu aminturşular ya müəyyən qidalarla alınmalı ya da qida əlavələri şəklində, dəstək olaraq qəbul edilməldir. Məsələn, hamımızın mental olaraq sevdiyi qırmızı ət ən güclü kollgen tərkibi qida sayılır. Ya da dəniz məhsulları Selen və Sink kimi minerallrla zəngindir, təbiətdə mövcud olan bütün antioksidantlar tərəvəz və meyvələrdə mövcuddur. Önəmli olan, xeyirli olan hər şeydən və az miqdarda yeməkdir -

-Üzümüz niyə 30 yaşdan sonra qırışır?

-Üzümüzün dərisi bir neçə qatdan ibarətdir. Bu qatlar hər biri çoxlu sayda hüceyrələrdən təşkil olunur. Üz dərisinin qırışmaması , yəni xəstələnməməsi üçün hüceyrələrin qidalanmasını, artıq zədələnmişlərin bərpasını və yeni hüceyrələrin sintezini təmin etmək lazımdır. Bunun üçün orqanizmdə lazım olduğu qədər kollgen olamlıdır. Kollagen bütün qadınlara tanış olan proteindir, yəni zülaldır. Kollagenin tərkibində demək olar ki, bütün əvəzolunan aminturşular var. 25 yaşında gənс insan, il ərzində ortalama 6 kg kollagen sintez edir. Bu səbəbdən 20-25 yaşlarında hər kəsin dərisi gənc və gözəl görünür. Bəs sonra? 25 yaşda sintez dayanır, yəni bədənimiz artıq kollagen sintez etmir. 30 yaşlarında artıq bizim -1 kg, 40 yaşlarında -2, 60 yaşlarında isə təxminən -4 kg kollagenimiz çatmır. Nəticədə, dəri hüceyrələrinin zədələnməsi prosesi sürətlənir və dəri qırışır. Bu sadə misaldır.

-O zaman sual yaranır, gözəllik industriyasının təklif etdiyi milyonlarla kremlər, inyeksiyalar, məlhəmlər, losyonlar kömək edirmi?

-Əlbəttə, amma sadəcə 30%, çünki dəri məsamələrinin keçiriciliyi məlhəmlərin tərkibindəki inqredientlərin ölçüsündən çoxdur. Deyək ki, əyər siz kollogenli kremdən istifadə edirsizsə, onun sadəcə 30%, ən yüksək texnologiyalarda isə ancaq 50% dəri altına keçir və müvəqqəti təsir göstərir. Sonra? Sonra yaşlanma davam edir. Tibb elmi bu gün nanotexnologiyalardan istifadə etməklə aminturşu, vitamin və mineralları, hüceyrənin nüvəsinə qədər aparmağı hədəfləyib və artıq buna nail olub. Yəni, bu gün liposom texnologiyası sayəsində, həyati vacib aminturşuların hüceyrələrə çatdırılması 30% deyil, 83-85 % çatıb. Çalışdığım “Complete-Pharma Europe”nin kliniki araşdırma nəticələri sübut edib ki, bu metodla artıq 1 ay sonra üz qırışlarında 11-13% azalma müşahidə olunur və bunu üzün qırışlarını skan edən cihaz sübut edir. Bu sadə bir misal idi. Niyə sadə? Çünki, hər gün səhər tezdən gözümüzlə gördüyümüz nəticədir. Bu bütün orqanlara və bütün xəstəliklərə aiddir. İstənilən halda, hər kəs bilməlidir ki, o 40 yaşında deyil, 25 yaşda qocalmağa başlayır. Əyər sağlamlığının qədrini gənc ikən bilsə, o qədər gec yaşlanacaq. Önümüzdə gediləcək hələ çox yol var. Bu gün nanorobotlar vasitəsilə istənilən zərərgörmüş orqan lazım olan bərpa mateialları “nöqtə atışı” səviyyəsində göndərilə bilir. Elm və texnologiya insan ömrünü şüurları zorlaya biləcək səviyyəyə qaldrımaq gücündədir və bu sandığımız qədər uzaq gələcəyin mövzusu deyil.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »