Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən gün Çində koronavirusa 2 yoluxma qeydə alınıb

Son bir gündə Çində koronavirusa yoluxmuş 28 pasiyent sağalıb, ölüm hadisəsi qeydə alınmayıb.

Bu barədə Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin xəbərində bildirilir.

Qeyd edilir ki, son bir gündə cəmi 2 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Yeni yoluxmalar Şanxay və Şansi şəhərində aşkarlanıb.

Hazırda Çində toplam olaraq 1 672 nəfər xaricdən gələn vətəndaşda koronavirus xəstəsi var. Xəstələrdən 6-sı ağır vəziyyətdədir, 1 221 insan sağalıb, 451 xəstə müalicə alır. Bildirilib ki, xaricdə yoluxmuş vətəndaşların heç biri ölməyib.

“Dövlət Komitəsinə 31 əyalətdən (rayonlardan, mərkəzi tabeliyindəki şəhərlərdən) koronavirusla bağlı 82 877 nəfərin xəstə olduğu (10 nəfərin vəziyyəti ağırdır), 77 713 nəfərin sağalaraq xəstəxanadan evə buraxılması barədə məlumat daxil olub. Son məlumata görə, 4 633 nəfər ölüb”.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. (Report.az)

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »