Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Kim Çen Inın ictimaiyyət qarşısına çıxmasını şərh etdi

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın ictimaiyyət qarşısında görünməsinə münasibət bildirib.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

Kim Çen In Kim Çen In / Foto: Youtube @Guardian News

ABŞ prezidenti bildirib ki, KXDR liderinin ictimaiyyət qarşısına çıxmasına və onun yaxşı olmasına məmnundur.

"Şəxsən mən onun qayıtdığını və sağlam olduğunu görməyimə şadam”, - Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In mayın 2-də Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib. Bu, dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxmasıdır. (Report.az)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »