Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə klubunun baş məşqçisi: “Azərbaycan da bizim ölkə sayılır” - Video

“CBC Sport” telekanalında yayımlanan, Pərviz Musayevin aparıcısı, Elçin Cəfərovun qonağı olduğu “Türkiyədən Futbol” verilişi yenə maraqlı müzakirə ilə keçib.

Oxu.az xəbər verir ki, verilişin budəfəki türkiyəli qonağı Super Liqada çempionluğa iddialı “Sivasspor” komandasının baş məşqçisi Rıza Çalımbay olub.

O, Türkiyə Super Liqasının bərpası, iki oyunçusunun “Qalatasaray”a transferi ilə bağlı fikirlərini bildirib. 57 yaşlı məşqçi sosial şəbəkələrdə onun azərbaycanlı olması ilə bağlı deyilənlərə də aydınlıq gətirib:

“Mən Sivasdanam. Orada doğulub, böyümüşəm. Azərbaycanlı izləyicilər mənim əslimin sizin ölkədən olduğunu deyirsə, heç bir problem yoxdur. Azərbaycan da bizim ölkə sayılır. Halbuki, heç vaxt Azərbaycanda olmamışam”.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »